Icma.az
close
up
RU
Allergiya niyə inkişaf edir? Allergiyanın simptomları və profilaktikası

Allergiya niyə inkişaf edir? Allergiyanın simptomları və profilaktikası

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Allergik xəstəliklər orqanizmin hər hansı xəstəlik törətmək xüsusiyyəti olmayan faktorlara (yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə) qarşı yaranan həssaslıqdır.

Keçən yüzillikdə allergik xəstəliklər, əsasən də respirator allerqozlar epidemiya şəklini alıb, böyüklər və uşaqlar arasında artmaqda davam edir. “Respirator allerqozlar” dedikdə tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi nəzərdə tutulur. Respirator allerqozlara “sivilizasiya” xəstəlikləri də deyilir. İstehsalın geniş sənayeləsdirilməsi, məişətdə və kənd təsərrüfatında kimyəvi maddələrdən geniş istifadə bu xəstəliklərin vüsət almasında mühüm rol oynayır. Bunlar tənəffüs yollarına çox miqdarda zərərli maddələrin düşməsinə, xroniki iltihabi prosesə və orqanizmin sensibilizasiyasına, sonra isə allergik prosesin yaranmasına səbəb olur.

Allergik xəstəliklər bu gün dünyada patologiyalar arasında yayılmasına görə 3-4-cü yeri tutur.

Allergik xəstəliklər arasında daha çox bu xəstəliklərə rast gəlinir:

- allergik rinit

- allergik konyuktivit

- bronxial astma

- övrə

- atopik dermatit

Allergik rinit burunda qaşınma, tez-tez asqırma, burun axması ilə müşayiət olunur. Burundan, gözdən axan selik tam şəffaf olur. Hətta burun dəsmalında izi belə qalmır.

Allergik konyuktivit çox vaxt allergik rinitlə bir yerdə olur. Bu zaman rinit əlamətlərindən başqa ğözdə qaşınma, sulanma, qızartı müşahidə edilir.

Körpələrdə allergik xəstəlik kimi atopik dermatitə daha çox rast gəlinir. Atopik dermatit qızartı, ödem, qaşınma, ekssudasiya və qabıqlanma ilə müşayiət olunan dərinin iltihabi xəstəliyidir.

Uşaq böyüyəndə atopik dermatit bir çox hallarda keçir, amma xəstələrin 50%-də bronxial astma, 75%-də allergik rinit formalaşa bilər.

Adətən atopik dermatitli xəstələrin yaxın qohumlarında (ana, ata, bacı, qardaş) 50-70% hallarda dəri və tənəffüs yollarının allergiyası müşahidə olunur.

Xəstəlik adətən uşaq 2-3 aylıq olanda başlayır. Əvvəl yanaqlarda, sonra üzün digər yerlərində, ənsə, biləklər, qollar, qarın və ətrafların açıcı səthlərində qızartı, qaşınma, sulanma, qabıqvermə müşahidə olunur. Belə uşaqlarda dəri quruluğu nəzərə çarpır. 3-5 yaşlarda yaxşılaşma başlayır, 5 yaşdan yuxarı əlamətlər demək olar ki, tamamilə itir.

Bəzən yaş artdıqca dəridə quruma və qalınlaşma olur, “atopik dermatit maskası” adlanan bir görünüş əmələ gəlir.

Uşaqlarda allergik xəstəliklərin yaranmasına təsir edən amillərdən biri allergiyaya irsi meyilliyin olmasıdır. Bu baxımdan, ailədə allergiyaya meyillik olduqda allergiyanın profilaktikası hamiləlik dövründən aparılmalıdır. Belə analar hamiləlik və südəmizdirmə dövründə qidalanmalarına xüsusi nəzarət etməlidirlər. Hamilə qadınlar passiv və aktiv tütünçəkmədən özlərini qorumalıdırlar və s.

 Allergik xəstəliklər hiperimmun reaksiya ilə xarakterizə olunur.

Allergik xəstəliklərin müalicəsi üçün əsas şərt allergenin uzaqlaşdırılmasıdır (hər zaman mümkün olmur).

Bundan başqa müalicə məqsədilə əsasən antihistamin və hormonal preparatlardan istifadə edilir.  Antihistamin preparatlar allergik reaksiyada mühüm rolu olan mediatorun (histaminin) ifrazını blokada edir. Hormonlar isə immun reaksiyaları zəiflədir. Beləliklə, allergiyanın simptomları aradan qaldırılır.

Bu zaman immun hiperhəssaslığa və allergik reaksiyada iştirak edən mediatorların artıq ifrazına şərait yaradan amillər:

- psixi yüklənmə

- yanlış qidalanma

- disbioz

- kandidoz

- ağır metallarla yüklənmə və s. də nəzərə alınmalı və aradan qaldırılmalıdır. Beləliklə, allergik xəstəliklərin daha uğurlu müalicəsi üçün şərait yaranmış olar.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri