Icma.az
close
up
RU
Allergiyanın diaqnostikası

Allergiyanın diaqnostikası

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgün diaqnoz qoymaq olar.

Xəstənin kompleks müayinəsi həkim-allerqoloqun müayinəsilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, xəstəliyin ilk dəfə necə başlamasını, onun inkişaf etməsinin xüsusiyyətlərini, allergiyanın hansı şəraitdə maksimal şəkildə təzahür etdiyini, yaxın qohumlarında allergik xəstəliklərin olub-olmamasını, məişət və iş şəraiti və s. barədə olan məlumatları soruşur. Bundan sonra isə həkim aşağıdakı müayinələri təyin edə bilər:

Dəri sınaqları

Bu sınaqlar - insanda allergiyanı məhz hansı allergenlərin törətdiyini müəyyən etmək üçün icra olunur. Sınağı yerinə yetirmək üçün bazuönü sahənin içəri səthindəki dəri iynə ilə kiçik bir ölçüdə cızılır və ya deşilir. Sonra həmin sahəyə mikroskopik miqdarda allergen (məsələn, bitkilərin çiçəklərinin tozcuqları, məişət tozu, heyvan tükləri, qida maddələri və s) sürtülür. Bir müddət keçdikdən sonra həmin yerdə bir qədər şişkinlik və dərinin qızarması baş verə bilər ki, bu da həmin allergenə qarşı allergiyanın olmasını göstərir.

Dəridaxili sınaqlar – allergiyanın diaqnostikası üçün kifayət qədər dəqiq olan və uzun zaman ərzində yoxlanılmış bir üsuldur.

Qan analizləri

Qanın analizlərini aparmaqla allergiyaya diaqnoz qoyulması – allerqologiyada yeni bir istiqamətdir. Bu analizlərin xüsusiyyəti ondan ibarətdir ki, bu zaman xəstənin allergenlə bilavasitə təmasda olması tələb olunmur və bunun nəticəsində baş verə biləcək riskin qarşısı alınmış olur.

Allergiyası olan insanların qanında, immunoqlobulinlərin E sinfi (İgE) adlanan spesifik anticisimlərin miqdarı artır. Məhz bu immunoqlobulinlər allergiyanın inkişaf etməsinə cavabdehlik daşıyırlar.

Analiz aparmaq üçün barmaqdan qan götürülür. İnsanın qanını müayinə etməklə bir çox hallarda həmin orqanizmin məhz hansı allergenə reaksiya verməsini dəqiqliklə müəyyən etmək olar. Bu analizlər ayrı-ayrı allergen qruplarına qarşı aparılır: qida allergenləri, heyvani mənşəli allergenlər, bitki mənşəli allergenlər, məişət allergenləri və s.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri