Icma.az
close
up
RU
Allerqik rinit (zökəm) və allerqik öskürək

Allerqik rinit (zökəm) və allerqik öskürək

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Tənəffüs orqanlarının allergik xəstəliklərinin səbəbi - uşağın tənəffüslə orqanizmə daxil olan allergenlərə (toz, çiçək tozcuqları, yun, quş tükləri va s.) qarşı müvafiq reaksiyadır.

Tənəffüs allergiyalarının ilk əlamətləri uşağın bir neçə aylığında təzahür edə bilər.

Gündəlik olaraq allergenin (uşaq həyatının ilk aylarında bu əsasən inək südünün tərkibində olan zülaldır - süni uşaq qidalarının əsas tərkib hissəsi) qəbuluna cavab olaraq burunun selikli qişası şişkinləşərək burun yollarını tutur və bu səbəbdən allergik rinit (zökəm) inkişaf edir. Uşağın burnu axır, vaxtaşırı olaraq ağızla nəfəs almaq üçün qida ilə doldurulmuş qabın əmziyini ağzından çıxarır. Bu iltihab əksər hallarda qulaqlara da keçərək, hərarətin yüksəlməsi və kəskin ağrılarla müşayiət edilən allergik otitə (orta qulağın iltihabı) keçir. Allergik rinit gah sakitləşərək, gah da kəskinləşərək illərlə davam edə bilər. Ona görə də heç bir halda uşağınızda olan zökəmə etinasız yanaşmayın! Zökəmin səbəbini aydınlaşdırmaq üçün uşağınızı mütləq həkimə göstərin!

2-3 yaşdan yuxarı olan uşaqlarda allergik rinitin kəskinləşməsi burunda çoxlu miqdarda maye ifraz olunması ilə müşayiət olunur və onları burun damcıları ilə dayandırmaq mümkün olmur. Zökəmdən başqa, uşaqda gözlərin qızarması, göz qapaqlarında şişkinlik və qaşınmanın olması, gözlərdən yaş axması əlamətləri də qeyd edilir.

Allergik rinitin nəticələri çox ciddi ola bilər - uzun müddət ərzində burun tənəffüsünün çətinləşməsi nəticəsində uşaq yaxşı yata bilmir, onda tez-tez baş ağrıları olur, yaddaşı və diqqəti pisləşir, hətta usaq inkişafdan belə qala bilər və s.

Müalicə vaxtında başlanmazsa, allergik iltihab artaraq udlağı, qırtlağı, traxeyanı da zədələyir. Bu zədələnmənin əsas əlaməti öskürəkdir. Uşaqlarda müxtəlif səbəblərdən tez-tez öskürək baş verə bilər. Digər xəstəliklərdəki öskürəkdən fərqli olaraq allergik öskürək tutma şəklində olur, davamlı olaraq uşağı əldən salır. Allergiyası olan uşaq bir neçə gün ərzində öskürür, öskürək əksər hallarda uşağa axşamlar (yastıqda olan quş tüklərinə, yorğan və döşəkdə olan yuna qarşı olan allergiya nəticəsində) əziyyət verir. Allergik öskürək, adətən, quru olur, yəni bu zaman bəlğəm ifraz olunmur.

Azyaşlı uşaqlarda qırtlağın və səs tellərinin allergik şişkinliyi, kəskin və təhlükəli hal hesab edilən yalançı inağa səbəb ola bilər. “Hürmə” şəkilli öskürək və səsin xırıltılı olması valideynləri xeyli dərəcədə narahat etməlidir. Belə öskürəkdən sonra tənəffüsün pozulması əlamətləri artmağa başlayır, uşağın nəfəs alması çətinləşir, onun rəngi əvvəlcə avazıyır, sonra isə göyərir.

Normal tənəffüsün bərpa edilməsi üçün uşağa təcili tibbi yardım göstərilməsi tələb olunur. Yalançı inağ əksər hallarda viruslu infeksiyalar fonunda baş verir. Ancaq yalançı inağ il ərzində 3-4 və daha artıq sayda təkrar olunarsa, allergik səbəbin nə ola bilməsini də axtarmaq lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri