Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Sadə” zökəm

“Sadə” zökəm

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Zökəm - burunun selikli qişasının iltihabıdır. Zökəm istənilən soyuqdəymə xəstəliklərini, əksər uşaq infeksion xəstəliklərini müşayiət edir. Bu xəstəliklər əksər hallarda elə zökəmlə də başlayırlar.

Deməli, müalicəni vaxtında başlasaq, xəstəlik çox da ağırlaşmaz.

Çox vaxt zökəm ayaqların-pəncələrin soyuması zamanı başlayır. Buna görə də əgər uşağın ayaqları islanıbsa və ya donubsa, evə gələn kimi, onun ayaqlarını isti vanna və ya xardal vannasına qoyun.

Gecə uşağa içinə xardal tozu səpilmiş corablar geyindirin, bal əlavə edilmiş isti süd içizdirin, S vitamini verin. Vaxtında yerinə yetirilən bütün bu tədbirlər uşaqda başlana bilən zökəm və onunla bərabər kəskin respirator xəstəliklər (KRX) və digər narahatlıqların qarşısını ala bilər.

Əgər bütün bunlara baxmayaraq uşaq zökəmə tutulubsa, başlanğıcda onu təbii vasitələrlə müalicə etməyə çalışın. Burnunu çobanyastığı dəmləməsi, aloe və ya kalanxoye şirəsi, soğan suyu ilə yuyun, burnunu dəsmala bükülmüş isti qabıqlı yumurta ilə qızdırın və s.

Əgər bunlar kömək etməzsə, həkim məsləhətindən sonra ənənəvi burun damcılarına (damardaraldıcı və iltihab əleyhinə təsirə malik olan) keçin. Damcıların üzərindəki yazılara fikir verin. Onlar uşağınızın yaşına uyğun olmalıdır. Heç bir halda “böyuklər” üçün olan burun damcılarından istifadə etməyin! Bu damcıları həkim təyin etdiyi saydan və müddətdən artıq istifadə etmək olmaz. Əks halda bu, uşağın  burnunun selikli qişasının zədələnməsinə səbəb ola bilər. Burun damcıların arasında təbii tərkibli preparatlar var ki, onların istifadəsi çox yaxşı nəticə verir. Ümumiyyətlə uşaqları müalicə edərkən təbii tərkibli preparatlara üstünlük vermək daha yaxşıdır.

Burun selikli qişalarının təmizliyinə diqqət yetirmək lazımdır. Uşağın sağlamlığı üçün çox vacib olan burun tənəffüsünün pozulmaması, onun rahat nəfəs alması xəstəliyin sağalmasına və ağırlaşmamasına kömək etmiş olar.

Uşağa burnunu fınxıraraq təmizləməkdə yardımçı olun. Bunun üçün əvvəl burunun bir pərəsi bağlanır, digəri təmizlənir, sonra da əksinə edilir. Eyni zamanda hər iki burun pərəsini təmizləmək üçün uşaq fınxırarsa, infeksiya orta qulağa və ya gözə düşərək otit və ya konyuktivit yarada bilər.

Adətən, müalicə fonunda zökəm bir neçə gündən bir həftəyə kimi davam edə bilər. Zökəm bundan artıq davam edərsə, bunun digər səbəbini axtarıb tapmaq lazımdır. Belə səbəblər adenoidlərin iltihabı, qida, dərman, məişət kimyası, toz və s. qarşı allergiya ola bilər. Bu halda LOR həkiminə müraciət etmək məsləhətdir. O, zökəmin uzun müddət davam etməsinin səbəbini aşkar edərək müvafiq müalicə təyin edər və ya lazım gələrsə uşağı başqa mütəxəssisə (allerqoloq) göstərməyi tövsiyə edə bilər.

Əgər zökəm uzun müddət ərzində keçmirsə, uşağın burnundan irinli, bəzən qanlı, pis iyli ifrazat gələrsə, hərarət yüksələrsə, baş ağrısı, xeyli yorğunluq, oyanıqlıq başlayarsa, deməli uşaqda çox yəqin ki, haymorit başlanmışdır. Haymoritin təhlükəsi ondadır ki, bu xəstəlik zamanı burunun haymor boşluqlarında yığılan irin qana sorularaq, orqanizmin zəhərlənməsinə (intoksikasiyaya) gətirib çıxarır. Müalicə vaxtında başlayarsa, antibiotiklərdən istifadə edilməsi kifayət edə bilər. Vaxtında müalicə olunmayan hallarda xəstəlik daha da ağırlaşır, güclü baş ağrıları, burun ciblərində irin durğunluğu, yüksək hərarət qeyd olunur. Belə hallarda həkimlər burun ciblərini deşməklə irini təmizləməyə çalışırlar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see676

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see645

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see642

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see506

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see467

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see455

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see432

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see345

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see316

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri