Icma.az
close
up
RU
Alman avtomobilləri Çin bazarına niyə uduzur ?

Alman avtomobilləri Çin bazarına niyə uduzur ?

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alman avtomobil sənayesi 2024–2025-ci illərdə ciddi adaptasiya problemləri yaşayır. Avropa iqtisadi böhranı fonunda işçi çatışmazlığı, yaşlanma və miqrant axınının zəifləməsi də problemləri dərinləşdirir. Son illərdə ABŞ-nin planlaşdırdığı 25% tariflər də, Alman avtomobil ixracına ciddi təzyiq göstərib.

Bu istiqamətdə Çin bazarı da əsl təzyiq yaradır. Beləki çinli avtomobil istehsalçıları – “BYD”, “NIO”, “XPeng” – həm daxildə, həm də Avropa bazarında sürətlə bazar payı qazanıb.2024-cü ilin ortasında BYD satış sayına görə "Volkswagen"i ötərək Çin bazarının lideri oldu. Çin istehsalçıları həm qiymət, həm də texnologiya (məsələn, batareya effektivliyi) baxımından üstünlük nümayiş etdirirlər.

Mövzu ilə bağlı Metbuat.az-a Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalov açıqlama verib.

Mütəxəssis deyir ki, dünyanın ən böyük avtomobil ixracatçılarından biri olan Almaniya bir sıra yeni çağırışlarla üzləşib:


“Son illərdə baş verən qlobal geosiyasi hadisələr, ticarət münasibətləri və texnoloji yeniliklər bu sahədə müəyyən çətinliklər və eyni zamanda yeni imkanlar yaradıb. 2025-ci ildə Almaniya avtomobil ixracı baxımından Çin bazarında daha da möhkəmlənib. Çin həm lüks, həm də orta səviyyəli Alman avtomobillərinin əsas alıcılarından biridir. Alman istehsalçıları bu bazarda mövqelərini qorumaq üçün texnoloji innovasiyalara, xüsusilə elektrikli avtomobillərə daha çox sərmayə qoyur. “Rober” kimi bəzi lüks avtomobil brendləri Hindistan bazarına giriş edərək burada satışlarını artırmağa müvəffəq olub. Hindistanda artan orta təbəqə və lüks avtomobillərə olan maraq bu bazarı Almaniya üçün cazibədar edir. Əvvəllər Çin Almaniya üçün mühüm bir ixrac bazarı idi — xüsusilə “BMW”, “Mercedes-Benz”, “Audi” kimi markalar üçün. Lakin son 3-5 ildə, xüsusilə 2025-ci ildə bu dinamika köklü şəkildə dəyişməyə başlayıb. Çin artıq təkcə “alıcı” yox, həm də çox güclü bir istehsalçı və ixracatçı kimi avtomobil bazarına daxil olub. Bu vəziyyət Almaniyanın ənənəvi gücünü ciddi şəkildə zəiflədib”.

Murad Calalov qeyd edib ki, tariflərin yüksəldilməsi və proteksionist siyasətlər Almaniyanın ABŞ-yə ixrac etdiyi avtomobillərin sayında azalmaya səbəb olub. Hətta ənənəvi olaraq Almaniyanın əsas alıcılarından biri olan ABŞ bazarında bu səbəbdən geriləmə müşahidə edilir:

“Ukrayna müharibəsi nəticəsində tətbiq olunan sanksiyalar Rusiya bazarını faktiki olaraq Almaniya üçün bağlayıb. Müharibə səbəbindən alman avtomobillərinin bu bazara ixracı dayandırılıb. Ərəb ölkələri və bəzi postsovet ölkələri hələ də Almaniyanın lüks avtomobillərinə maraq göstərir, lakin burada da Çin istehsalı olan avtomobillərin güclü rəqabəti hiss olunur.

Hazırda avtomobil sənayesində elektrikli nəqliyyat vasitələrinin inkişafı Almaniyanın əsas texnoloji strategiyasına çevrilib. "Volkswagen", "Mercedes-Benz" və "BMW" rəqəmsal idarəetmə, batareya texnologiyası və süni intellekt sahəsində böyük investisiyalar yönəldiblər”.

Gülbəniz Hüseynli / Metbuat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 İyul 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri