Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət alış niyyətini dekabrın 24 nə qədər müəyyənləşdirməlidir
Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining PLC" (AAM) şirkəti bu ölkənin "ACG Metals Limited" (ACG) şirkətindən AAM-in alınması niyyəti barədə dekabrın 24-dək konkret cavab gözləyir.
Bu barədə AAM-in bəyanatında bildirilir.

"AAM "Anglo Asian Mining"in buraxılmış və buraxılacaq adi səhm paketinin alınması ilə bağlı təklif vermək imkanını araşdırma mərhələsində olması ilə bağlı "ACG Metals Limited" şirkətinin noyabrın 26-dakı bəyanatına diqqət çəkir. ACG ən geci dekabrın 24-ü saat 17:00-a qədər ya "Anglo Asian"ın alınmasını təklif etmək niyyətini elan etməli, ya da belə bir təklif vermək niyyətində olmadığını bildirməlidir", - bəyanatda deyilir.
Qeyd olunub ki, 2025-ci ildə "Anglo Asian" Azərbaycanda iki yeni mədəni vaxtında və büdcə çərçivəsində istismara verib ki, bu da onun ölkədə çoxillik uğurlu iş təcrübəsini təsdiqləyir.
ACG əlvan metal, həmçinin qızıl və gümüş hasilatı üzrə ixtisaslaşmış Britaniya şirkətidir. Şirkət Türkiyədə "Gediktepe" mis-qızıl mədəninə sahibdir.
ACG-nin səhmləri London Fond Birjasında ticarət olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 28 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















