Alman nəhəngi hücumçu axtarır Osimhen gündəmdə
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Viktor Osimhen Almaniyanın "Bavariya" komandasının maraq dairəsinə düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında paylaşım edib. Mənbənin məlumatına görə, nigeriyalı forvard münhenlilər üçün hücum xəttini gücləndirə biləcək namizədlərdən biri kimi nəzərdən keçirilir. Klub rəhbərliyi transfer imkanını qiymətləndirir və vəziyyətin inkişafını izləyir.
Bildirilir ki, Osimhenlə digər Avropa klubları da maraqlanır. Buna görə futbolçu uğrunda mübarizənin yaxın transfer pəncərəsində daha da qızışacağı gözlənilir.
Forvard cari mövsümdə bütün turnirlərdə 22 oyunda 15 qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 27 yaşlı hücumçunun dəyərini 75 milyon avro (təxminən 150 milyon AZN) olaraq göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Fevral 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















