Alman sağçılarının lideri siyasətə necə gəlib? Ərimlə mübahisə etdik və...
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
İfrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) lideri Alisa Veydel İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində şəxsi həyatı, ailə kökləri və siyasət yolundan danışıb.
Qaynarinfo xəbər verir ki, o, gəncliyindən hekayələri, ailə həyatının təfərrüatlarını və Almaniya üçün Alternativə qoşulmaq motivlərini açıq şəkildə bölüşüb.
Veydel Şimali Reyn-Vestfaliya əyalətinin Gütersloh şəhərində mühafizəkar ailədə böyüyüb, burada "zəhmət həmişə prioritet olub". Anası evdar qadın kimi üç uşaq böyüdüb, atası isə mebel firmasında işləyib. Alisa əvvəlcə həkim olmaq istəsə də, atasının təsiri ilə iqtisadiyyat üzrə təhsil almağa başlayıb. Veydel daha sonra Çinin pensiya sistemi mövzusunda dissertasiya müdafiə edərək Asiya və Avropada işləməyi bacarıb.
Müsahibədə onun ailəsinə xüsusi diqqət yetirilib. Veydel həyat yoldaşı Sarah Bossard və iki oğlu ilə İsveçrədə yaşayır. O qeyd edib ki, onların ailəsi anonim donorların xidmətindən istifadə etmir və övladlarının atalarını tanıyır.
İsveçrənin Einsiedeln şəhərinə köçmək Veydelin siyasi fəaliyyətinə görə zorakılıqdan xilas olmaq olub: oğlu bir dəfə oyun meydançasında vurulub və özü də mütəmadi olaraq təhqirlərlə üzləşib.
Siyasətə girmək Veydel üçün sürpriz bir addım olub. Onun sözlərinə görə, buna səbəb həyat yolsaşı ilə mübahisə etməsi olub. Həyat yoldaşı ona tənqid etmək əvəzinə siyasətlə məşğul olmağı məsləhət görüb. Beləliklə, 2013-cü ildə Veydel AfD-yə qoşulub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 20 Yanvar 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















