Icma.az
close
up
RU
Bu ərazilərdə yaşayanların binaları SÖKÜLÜR: Sakinlərin hüquqları necə qorunacaq?

Bu ərazilərdə yaşayanların binaları SÖKÜLÜR: Sakinlərin hüquqları necə qorunacaq?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Azərbaycanda, xüsusilə də Bakı kimi böyük şəhərlərdə yaşayış fondunun çox böyük bir hissəsi artıq istismar müddətini başa vurub. Təxmini hesablamalara görə bu, təxminən 16 min binanı əhatə edir. Xüsusilə 1970-ci ilə qədər inşa edilmiş binaların əksəriyyəti bu gün köhnəlmiş və istismar üçün yararsız vəziyyətdədir".
Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. 
O, bildirib ki, bu istiqamətdə müxtəlif dövrlərdə müəyyən addımlar atılıb:
"Məsələn, Nazirlər Kabinetinin 86 saylı qərarı əsasında 2016–2018-ci illərdə Bakı şəhərinin bir çox ərazilərində pilot layihələr həyata keçirilib. Bu dövrdə 100-dən çox tikinti şirkəti müxtəlif ərazilərdə köhnə binaların sökülməsi və yenilərinin tikintisi ilə bağlı layihələr icra edib. Lakin 2020-ci ildən sonra bu proses kəskin şəkildə zəifləyib və çox az sayda bina yenilənib".
Ekspert bildirib ki, 2024-cü ilin əvvəlində Bakı şəhərinin yeni Baş Planı ictimaiyyətə təqdim olunduqdan sonra isə yenidən köhnəlmiş yaşayış fondunun sökülməsi və yenilənməsi prosesi başlayıb:
"Xüsusilə Sovetski və onun ətrafındakı mərkəzi ərazilərdə bu istiqamətdə hazırlıq işləri aparılır.
Kompensasiya mexanizmlərinə gəlincə, Azərbaycan Respublikasının “Qiymətləndirmə haqqında” qanunvericiliyinə uyğun olaraq dövlət layihələri çərçivəsində vətəndaşlara kompensasiya ödənilir. Pilot layihələr zamanı Nazirlər Kabinetinin qərarı ilə sakinlərə adətən 15–20 faiz əlavə yaşayış sahəsi verilməklə kompensasiya edilirdi".
Onun sözlərinə görə, 86 saylı qərardan sonra bir çox layihələr artıq özəl şirkətlər tərəfindən həyata keçirilib və bu zaman dövlət dəstəyi faktiki olaraq olmayıb:
"Bu isə tikinti şirkətləri ilə vətəndaşlar arasında problemlərin artmasına səbəb olub. Əvvəllər bu prosesə icra hakimiyyətləri nəzarət edirdi və vətəndaşlara müəyyən hüquqi dəstək göstərilirdi. Dövlətin iştirakı olduğu vaxtlarda bu mexanizm nisbətən daha ədalətli işləyirdi. 86 saylı qərar Bakı şəhərinin simasının dəyişməsində mühüm rol oynayıb. 2004–2009-cu illərdə, eləcə də 2016–2019-cu illərdə Bakı şəhərində hər il onlarla yeni yaşayış layihəsi həyata keçirilib, şəhərin görünüşü və daşınmaz əmlak bazarı ciddi şəkildə dəyişib".
Ekspert bildirib ki, bu qərar ləğv edildikdən sonra səlahiyyətlər əsasən Şəhərsalma və Arxitektura Komitəsinə keçib və proses daha çox tikinti şirkətlərinin ixtiyarına buraxılıb:
"Dövlət nəzarətinin zəifləməsi isə bir sıra hallarda vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarıb. Son bir ildə mediada dəfələrlə sakinlərin razılığı olmadan evlərinin sökülməsi, kommunikasiyaların kəsilməsi, insanların məcburi köçürülməsi ilə bağlı hallar yer alıb. Bu cür hallar vətəndaşların konstitusion hüquqlarının pozulması deməkdir. Problem həm də ondadır ki, bəzi vətəndaşların mülkiyyətlərini təsdiq edən sənədləri yoxdur, lakin həmin ünvanlarda qeydiyyatda olublar. Qeydiyyat faktiki olaraq onların orada yaşadığını və müəyyən hüquqlarının olduğunu göstərir. Buna baxmayaraq, bəzi tikinti şirkətləri bundan sui-istifadə edərək vətəndaşların hüquqlarını pozmağa çalışır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri