Almaniya HHQ İsrailin “Arrow 3” raketdən müdafiə sisteminin ilk komponentlərini alıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Hərbi Hava Qüvvələri İsrailin "Arrow 3" raketdən müdafiə sisteminin ilk komponentlərini alıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, tədarük Almaniya Hərbi Hava Qüvvələrinin müfəttişi, general-leytenant İnqo Gerhartsın Təl-Əvivə səfəri zamanı baş tutub.
Xatırladaq ki, Berlinin cənubundakı Holtsdorf aviabazasında "Arrow 3" sisteminin yerləşdirilməsi üçün tikinti işlərinə fevral ayında başlanılıb. Brandenburq və Saksoniya-Anhalt sərhədində yerləşən Holtsdorf hərbi aerodromu gücləndirilmiş hava hücumundan müdafiə sisteminin bir hissəsini təşkil edəcək.
İsrailin Almaniyadan "Arrow 3" tədarükü 2023-cü ilin sentyabrında Berlində razılaşdırılıb. Müvafiq sazişin imzalanma mərasimi həmin ilin noyabrında Təl-Əvivdə baş tutub. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sazişin dəyəri 3,6 milyard dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 May 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















