Icma.az
close
up
RU
Almaniya arzusu ilə 2000 manat ödədilər, 2 il sonra hələ də nəticə yoxdur

Almaniya arzusu ilə 2000 manat ödədilər, 2 il sonra hələ də nəticə yoxdur

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bakının Bülbül prospekti 15 ünvanında yerləşən “Sahil Biznes Mərkəzi”nin 4-cü mərtəbəsində fəaliyyət göstərən “First Academy AZ” MMC-nin direktoru Vüsal Qəribov ilə bağlı növbəti narazılıq ortaya çıxıb. Xırdalan şəhər sakinləri, aztəminatlı ailə olan ər-arvad Əliyev İmaməddin Rəfael oğlu və Əliyeva Aidan Xəqani qızı Almaniyada “Ausbildung” proqramına göndərilmələri adı altında onlardan 2000 manat alındığını, lakin vəd edilən xidmətlərin göstərilmədiyini bildirirlər.

“First Academy AZ” MMC  şirkətinin sosial şəbəkə səhifələrində Almaniyada təhsil, iş və 6 ay pulsuz Alman dili kursu vədləri ilə yayımlanan reklamlar aztəminatlı ailənin ümidlərini artırıb. Daha yaxşı gələcək arzusu ilə yaşayan Xırdalan sakinləri İmaməddin və Aidan Əliyevlər borc-xərc hesabına topladıqları 2000 manatı ödəyərək “First Academy AZ” MMC-nin rəhbəri Vüsal Qəribov İrşad oğlu ilə müqavilə bağlayıblar. Ailə Almaniyada peşə təhsili və iş imkanları əldə edəcəklərinə inansa da, sonradan üzləşdikləri vəziyyətin gözləntilərindən tamamilə fərqli olduğunu bildirir.”

6 AY PULSUZ ALMAN DİLİ KURSU” VƏDİ İLƏ 2000 MANAT ALDILAR, 2 İL KEÇSƏ DƏ ALMANİYAYA GÖNDƏRMƏDİLƏR

Əliyev İmaməddin Rəfael oğlu və Əliyeva Aidan Xəqani qızının sözlərinə görə, şirkətə müraciət etməyimizin əsas səbəbi “first.academy.az” Instagram səhifəsində paylaşılmış reklam olub. Həmin reklamda Almaniyada Ausbildung (peşə və təhsil) proqramı çərçivəsində 6 aylıq Alman dili kursunun pulsuz keçiriləcəyi açıq şəkildə göstərilmişdi. Biz də bu məlumatlara inanaraq şirkətə müraciət etdik və müqavilə bağladıq.Müqavilə bağlanarkən bizə 7 səhifəlik müqaviləni ətraflı oxumaq və tanış olmaq üçün kifayət qədər vaxt verilmədi, müqavilə tələsik şəkildə imzalatdırıldı. Şirkətin direktoru Vüsal Qəribov və xanım əməkdaşları bizə bildirdilər ki, Ausbildung proqramı ilə bağlı bütün proseslərdə dəstək göstəriləcək, Almaniyada təhsil və peşə hazırlığı təşkil olunacaq, həmçinin ödədiyimiz 2000 manat məbləğinə 6 aylıq Alman dili kursu da daxildir və həmin kurs pulsuz şəkildə keçiriləcək. Biz də bu deyilənlərə inanaraq müqavilə bağladıq və ödəniş etdik. Sosial şəbəkə səhifələrində yerləşdirilən reklamlarda da 6 aylıq Alman dili kursunun Ausbildung proqramının bir hissəsi kimi ödənişsiz təqdim olunacağı qeyd olunurdu. Məhz bu və digər vədlərə görə bizdən 2000 manat pul alındı. Lakin sonradan Alman dili dərsləri normal qaydada keçirilmədi. Dərslər müxtəlif bəhanələrlə dəfələrlə təxirə salındı, uzun fasilələr yarandı və bu da öyrəndiklərimizin davamlılığına mənfi təsir göstərdi. Bundan əlavə, dərslərdə iştirakımızla bağlı heç bir davamiyyət cədvəli və ya rəsmi sənəd bizə təqdim edilmədi. Həmçinin Alman dili dərslərini tədris edən müəllimlərin müvafiq təhsilə, ixtisasa və ya sertifikatlara malik olub-olmaması ilə maraqlansaq da, bununla bağlı hər hansı sənəd bizə göstərilmədi. Şirkət nümayəndələri bildirmişdilər ki, 6 aylıq Alman dili hazırlığından sonra Ausbildung proqramı çərçivəsində Almaniyaya göndəriləcəyik. Ancaq həmin vədlərin verilməsindən təxminən iki il keçməsinə baxmayaraq, nə Almaniyaya göndərilməyimiz təmin olunub, nə də vəd edilən xidmətlər tam şəkildə göstərilib. Daha sonra şirkət tərəfindən bildirildi ki, ödədiyimiz 2000 manatın bir hissəsi guya Alman dili kursuna görə hesablanıb və bu səbəbdən pulun geri qaytarılması mümkün deyil. Biz isə bununla razılaşmadıq. Çünki şirkətin reklamlarında 6 aylıq Alman dili kursu Ausbildung proqramının tərkib hissəsi kimi və ödənişsiz xidmət olaraq təqdim olunmuşdu. Üstəlik, müqavilədə də həmin kurs üçün ayrıca ödəniş nəzərdə tutulmamışdı. Bizim əlimizdə şirkət direktoru və nümayəndələri ilə aparılmış yazışmalar, səs yazıları və digər sübutlar var. Həmin materiallardan da görünür ki, bizə pulun geri qaytarılacağı barədə vədlər verilib, lakin sonradan bu vədlərə əməl olunmayıb.

2000 MANAT HARA XƏRCLƏNDİ? AİLƏNİN CAVAB GÖZLƏYƏN SUALLARI

Biz 29.07.2024-cü il tarixində bağlanmış müqavilə üzrə əvvəlcə 400 AZN və 550 AZN olmaqla ümumilikdə 950 AZN pulu nağd şəkildə ödəmişik. Daha sonra 13.09.2024-cü il tarixində əlavə olaraq 550 AZN də nağd ödəniş etmişik. Bundan başqa, bizə bildirilib ki, ödənişlərin bir hissəsini şirkətin hesabına yox, təqdim etdikləri bank kartına köçürək. Bu məqsədlə şirkətə məxsus +994 99 300 93 11 nömrəsindən yazışma zamanı bizə 5239 1517 1158 2869 nömrəli bank kartı göndərilib və ödənişlərin həmin karta köçürülməsi istənilib. Bunun əsasında 03.10.2024-cü il tarixində 240 AZN, 05.10.2024-cü il tarixində isə 260 AZN həmin karta köçürmüşük. Ancaq həmin kartın kimə məxsus olduğu barədə bizə heç bir məlumat verilməyib.Beləliklə, bizim tərəfdən ümumilikdə 2000 AZN ödəniş edilib. Qeyd etmək istəyirik ki, 03.10.2024-cü il tarixində karta köçürdüyümüz məbləğlə bağlı bizə heç bir qəbz, mədaxil orderi və ya başqa rəsmi

sənəd təqdim olunmayıb. Sonradan əldə etdiyimiz bank sənədlərində isə bu köçürmələr xidmət haqqı və ya müqavilə ödənişi kimi deyil, “şəxsi vəsaitlərin çıxarılması” kimi göstərilib. Halbuki həmin pullar göstərilən xidmətə görə ödənilmişdi və bu hal bizdə ciddi suallar yaradıb.

Məsələyə münasibət bildirən hüquqşunas Xəyal Məmmədov Gununsesi.info-ya məsələni araşdırdığını deyib:

“Əliyev İmaməddin Rəfael oğlu və Əliyeva Aidan Xəqani qızının “First Academy AZ” MMC ilə bağladıqları 247/A29 və 247/A28 nömrəli müqavilələr üzrə hüquqi araşdırma apardım. Müqavilələrin və əlavə sənədlərin təhlili nəticəsində müəyyən etdim ki, müqavilənin 1.3, 2.2.7, 2.2.8, 3.3, 3.4, 3.5, 3.7, 4.6, 7.2, 7.7-ci maddələri, eləcə də 9-cu bölməsi istehlakçı hüquqlarını məhdudlaşdıran və tərəflər arasında hüquqi tarazlığı pozan müddəalar ehtiva edir. Həmin şərtlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390, 422 və digər aidiyyəti maddələrinin, həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğunluğu ciddi şübhə doğurur. Araşdırma zamanı müəyyən elədim ki, müqavilədə vəd edilən xidmətlərin əhəmiyyətli hissəsi konkret, ölçülə bilən və hüquqi nəticə doğuran formada müəyyən edilməmiş, xidmətlər “məsləhət”, “dəstək” və “yardım” kimi qeyri-müəyyən ifadələrlə təsvir edilmişdir. Bununla yanaşı, müqavilənin bir sıra maddələri ilə risk və məsuliyyət faktiki olaraq sifarişçinin üzərinə yönəldilmiş, İcraçının məsuliyyəti isə minimuma endirilmişdir.

Müqavilənin 1.3 və 4.6-cı maddələrinə əsasən, viza alınmadığı halda belə İcraçının məsuliyyət daşımadığı və ödənilmiş vəsaitin geri qaytarılmadığı nəzərdə tutulmuşdur. Eyni zamanda 2.2.7 və 2.2.8-ci maddələrdə sifarişçinin müqavilədən imtina etdiyi bütün hallarda ödənilmiş məbləğin geri qaytarılmaması göstərilmişdir ki, bu da istehlakçı hüquqlarının məhdudlaşdırılması deməkdir. Araşdırma zamanı bəzi ödənişlər üzrə fiskal çeklərin təqdim edilmədiyi, təqdim olunan maliyyə sənədlərində isə xidmətin hüquqi əsası və məzmununun aydın göstərilmədiyi müəyyən etdim. Bundan başqa, sənədlərdə “First Academy AZ” MMC-yə aid kimi həm 1203505321, həm də 1700767721 nömrəli fərqli VÖEN-lərin göstərilməsi ödənişlərin hansı hüquqi şəxs tərəfindən qəbul edildiyi barədə ciddi suallar yaradır. Müqavilənin bəzi əlavələrində “Xidmətin təsviri” və “Xidmət haqqı” bölmələri boş saxlanılmış, müəyyən məbləğlərin sonradan əl ilə əlavə edilməsi və düzəlişlərin aparılması ilkin sənədlərin tam və dəyişdirilməz formada rəsmiləşdirilmədiyini göstərən əlamət kimi diqqəti cəlb edir. Müqavilədə xidmətlərin ümumi dəyəri 2000 manat göstərilsə də, həmin məbləğin hansı konkret xidmətlərə və hansı mərhələlərə görə ödənildiyi açıqlanmamışdır.

Həmçinin müqavilənin 3.7-ci maddəsində yalnız sifarişçi üçün maliyyə məsuliyyəti nəzərdə tutulduğu halda, İcraçının öhdəlikləri pozmasına görə hər hansı məsuliyyət göstərilməmişdir. Araşdırma nəticəsində müəyyən etdim ki, müqavilənin əsas predmetini təşkil edən Almaniyada Ausbildung proqramı üzrə təhsil və peşə hazırlığı xidmətlərinin faktiki icrasını təsdiq edən qəbul məktubu, müraciət təsdiqi, hesabat və ya digər rəsmi sənədlər vətəndaşlara təqdim edilməmişdir. Bu hal müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyi ehtimalını gücləndirir. Bundan əlavə, əvvəlcədən “6 ay pulsuz Alman dili kursu” kimi təqdim edilən xidmətin sonradan ödənişli xidmət kimi rəsmiləşdirilməsinə və vəsaitin geri qaytarılmamasına əsas kimi istifadə olunmasına dair iddialar istehlakçıların yanlış məlumatlandırılması baxımından ayrıca hüquqi araşdırma predmeti ola bilər. Hesab edirəm ki, müqavilənin bir sıra müddəaları istehlakçı hüquqlarını məhdudlaşdırır, tərəflər arasında hüquqi tarazlığı pozur və vətəndaşların qanuni mənafelərinə zərər vurur. Bu səbəbdən həmin müddəaların məhkəmə qaydasında mübahisələndirilməsi, ödənilmiş vəsaitlərin geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi vasitələrdən istifadə olunması əsaslı hesab edilə bilər”.

Hüquqşünas Xəyal Məmmədov vətəndaşlara müraciət edərək bildirib ki, ümumiyyətlə xaricdə təhsil, dil kursları, peşə hazırlığı və müxtəlif beynəlxalq proqramlar adı altında təqdim olunan xidmətlərlə bağlı müqavilələr kor-koranə qəbul edilməməlidir. Vətəndaşlar hər hansı maliyyə öhdəliyi götürməzdən əvvəl həmin şirkətin hüquqi statusunu, tərəfdaşlıq əlaqələrini, akkreditasiya və əməkdaşlıq sənədlərini diqqətlə yoxlamalı, müqavilənin surətini tələb etməli və sənədi müstəqil hüquqşünasla təhlil etdirməlidirlər. Onun sözlərinə görə, müqaviləni tam oxumadan, şərtlərini və hüquqi nəticələrini qiymətləndirmədən imzalamaq sonradan ciddi maliyyə itkilərinə, hüquqi mübahisələrə və vətəndaşın hüquqlarının pozulmasına səbəb ola bilər. Buna görə də hər bir şəxs təqdim olunan xidmətlərin real məzmununu, ödəniş şərtlərini, geri qaytarma qaydalarını və təşkilatın öhdəliklərini əvvəlcədən dəqiqləşdirməli, yalnız bundan sonra qərar verməlidir.

KASIBLARDAN ALDIĞI PULLAR HESABINA BAHALI EYŞ-İŞRƏT HƏYATI SÜRƏN VÜSAL QƏRİBOVUN BU ÖZBAŞINALIĞININ ARXASINDA KİM DAYANIR?

Bakının Bülbül prospekti 15 ünvanında yerləşən, yəni şəhərin mərkəzindəki “Sahil Biznes Mərkəzi”nin 4-cü mərtəbəsində böyük ofis açmaq maddi və güc baxımından asan iş deyil. Bəs buna bu imkanı və şəraiti kim yaradır ki, kasıb-kusubun pullarını aldadaraq alıb, eyş-işrət məclislərində nümayişkaranə şəkildə yüngül əxlaqlı qadınlarla birlikdə yeməsinə niyə göz yumulur? First Academy AZ” MMC-nin direktoru, qeyri-ciddi və eyş-işrət düşkünü Vüsal Qəribovun arxasında kim dayanır ki, onu özəl televiziya kanallarına çıxardaraq milyonlarla insanı manipulyasiya etməsinə və xaricdə peşə və təhsil adı ilə aldatmasının təbliğatını aparmasına şərait yaradırlar? Üstəlik qeyri-etik hərəkətləri ilə təhsil və peşə adına necə nümunəvi xarakter kimi qəbul oluna bilər? Az təminatlı ailələrin borc-xərcə girərək yığdıqları pulları, arzularına və gələcəklərinə görə son qəpiyinədək alan Vüsal Qəribov, həmin vəsaitlər müqabilində verdiyi vədləri yerinə yetirməməklə yanaşı, vətəndaşların pullarını da geri qaytarmır və özündən arxayın şəkildə “gedin, hara istəyirsinizsə, şikayət edin” deməsinə imkan yaradan əsas səbəb nədir? Cənab Prezidentin “Heç kəs toxunulmaz deyil və heç kəsə xüsusi imtiyaz verilməyib” dediyi bir şəraitdə, Vüsal Qəribova görəsən kim toxunulmazlıq və imtiyaz verib ki, vətəndaşları mənəvi və maddi ziyana uğratsın?

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyun 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri