Almaniya: CDU lideri Fridrix Merts AfDni dəstəkləyən İlon Maskı sərt tənqid edib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Berlin, 30 dekabr, AZƏRTAC
Almaniyada Xristian Demokrat İttifaqının (CDU) və Xristian Sosial İttifaqının (CSU) Kansler vəzifəsinə namizədi Fridrix Merts milyarder İlon Maskın ifrat sağ Almaniya üçün Alternativ Partiyasını (AfD) dəstəkləməsini sərt tənqid edib.
AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, Maskın “Welt am Sonntag” qəzetində yayımlanan məqaləsindəki fikirlərini sərt tənqid edən F.Merts bildirib: “Mən Qərb demokratiyalarında dost bir ölkənin seçki kampaniyasına daha əvvəl belə bir müdaxilə edildiyini xatırlamıram”.
O, İlon Maksın sahibi olduğu “Tesla”nın Almaniyanın Brandenburq əyalətində inşa edilən və hazırda da fəaliyyət göstərən zavoduna ən böyük etirazın məhz həmin vaxt AfD tərəfindən edildiyini xatırladıb.
AfD-nin Almaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarı olduğunu qeyd edən CDU lideri bunun ölkə iqtisadiyyatına böyük zərər verəcəyini vurğulayıb.
Qeyd edək ki, İElon Mask məqaləsində Almaniyanın iqtisadi və mədəni tənəzzülün bir addımlığında olduğunu iddia edərək AfD-ni “ölkənin son ümid qığılcımı” adlandırıb. O, bir neçə gün əvvəl də X şəbəkəsindəki rəsmi hesabında AfD-nin “Almaniya üçün son ümid” olduğunu bildirmişdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Dekabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















