Almaniya Cənubi Qafqazın iqtisadi transformasiyasına böyük töhfə verə bilər PA nın şöbə müdiri
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya Cənubi Qafqazda iqtisadi transformasiya prosesinə mühüm töhfə verə bilər. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.
"Almaniya regionda yüksək nüfuza malikdir. Prezident Frank-Valter Ştaynmayer bu yaxınlarda Bakıda olub - Azərbaycanda ona böyük hörmət var. Qeyd etmək lazımdır ki, Almaniya təkcə sülh siyasəti sahəsində deyil, həm də xüsusilə Cənubi Qafqazın iqtisadi transformasiyası sahəsində daha çox iş görə bilər. Almaniya Avropa İttifaqında iqtisadi baxımdan supergüc və dünyanın aparıcı iqtisadiyyatıdır. Almaniya şirkətlərinin daha fəal olacağını gözləyirik", - o bildirib.
Baxış sayı:96
Bu xəbər 26 İyul 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















