Icma.az
close
up
RU
Almaniya 48 nəfəri Gürcüstana deportasiya edib

Almaniya 48 nəfəri Gürcüstana deportasiya edib

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya Berlində qətlə yetirilən Zelimxan Xanqoşvilinin qardaşı da daxil olmaqla ümumilikdə 48 nəfəri Gürcüstana deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb.

Məlumata görə, Brandenburq polisi 2019-cu ilin avqustunda Berlində qətlə yetirilən Zelimxan Xanqoşvilinin ailəsinin Vünsdorf şəhərindəki mənzilinə daxil olub və ailənin 12 üzvünü deportasiya olunmaq üçün Berlin hava limanına aparıb. Deportasiya edilənlər arasında mərhumun qardaşı Zurab Xanqoşvili də olub.

Xanqoşvilinin qohumları bildiriblər ki, ailənin vəkilləri deportasiyanın qarşısını almağa cəhd göstərsələr də, buna nail ola bilməyiblər və təyyarə artıq Tbilisiyə yola salınıb.

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Sonia Kok deportasiyanı təsdiqləyərək, ümumilikdə 48 nəfərin Berlindən Tbilisiyə göndərildiyini bildirib, lakin deportasiya edilənlərin adlarını açıqlamayıb.

Xatırladaq ki, Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvili 2019-cu il avqustun 23-də Berlinin mərkəzində qətlə yetirilmişdi. Almaniya məhkəməsi Rusiya vətəndaşı, FTX agenti Vadim Krasikovu bu qətldə təqsirli bilib və ona ömürlük həbs cəzası verib. Almaniya prokurorluğu hadisəni Rusiya hökumətinin sifarişi ilə törədilmiş siyasi qətl kimi qiymətləndirmişdi.

2024-cü il avqustun 1-də Rusiya ilə Qərb ölkələri arasında aparılan əsir mübadiləsi çərçivəsində Vadim Krasikov Rusiyaya təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri