Almaniya gələn il üçün Ukraynaya yardımın da daxil olduğu büdcəni təsdiqləyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya parlamenti Bundestaq təxminən 524,5 milyard avro məbləğində xərcləri əhatə edən 2026-cı il üçün dövlət büdcəsini təsdiqləyib ki, bu da bu illə müqayisədə 21,5 milyard avro çoxdur.
APA xəbər verir ki, DPA-nın məlumatına görə Ukrayna üçün nəzərdə tutulan 11,5 milyard avro məbləğində maliyyə yardımı da büdcəyə daxildir.
2026-cı ildə müdafiə büdcəsi təxminən 108 milyard avroya qədər artacaq ki, bu da Soyuq Müharibənin sonundan bəri ən yüksək səviyyədir.
Həmin vəsait əsasən hərbi texnika və sursat almaq üçün istifadə olunacaq ki, bunun da əhəmiyyətli bir hissəsi kreditlər hesabına maliyyələşdirilir.
Ukraynaya yardım üçün ayrılan 11,5 milyard avro PUA, zirehli transportyor və digər silahların təchizatı, eləcə də artilleriya ehtiyatlarının artırılması üçün istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Noyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















