Icma.az
close
up
RU
Almaniya Kansleri: Biz azad cəmiyyətimizin hibrid hücumlarla sarsılmasına imkan verməyəcəyik

Almaniya Kansleri: Biz azad cəmiyyətimizin hibrid hücumlarla sarsılmasına imkan verməyəcəyik

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 16 oktyabr, AZƏRTAC

Rusiya getdikcə artan bir qəddarlıqla təxribatlar, kiberhücumlar, məqsədyönlü dezinformasiya, casusluq və hətta qətllərlə Almaniyada və Avropada hibrid müharibə üsulları ilə sabitliyi pozmağa çalışır. Son həftələrdə dronlar Avropa, o cümlədən Almaniyanın hava məkanını getdikcə daha çox pozur. Biz təhdidlərin və qorxu yayma kampaniyasının şahidiyik.

AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Bundestaqın iclasında deyib.

“Biz azad cəmiyyətimizi hibrid hücumlarla sarsıtmağa imkan verməyəcəyik”, - deyən Kansler yeni yaradılan Milli Təhlükəsizlik Şurasının hibrid təhdidlərə qarşı əhatəli fəaliyyət planı üzərində işlədiyini, planın yaxın günlərdə keçiriləcək ilk iclasda müzakirə olunacağını bildirib.

Avropa Şurasında, həmçinin Rusiyaya qarşı təzyiqi artırmaq barədə əsaslı müzakirələrin də aparılacağını qeyd edən F.Merts vurğulayıb ki, məqsəd Rusiyanı Ukrayna ilə danışıqlara başlamağa məcbur etməkdir. Avropanın Ukraynanı müdafiə etməkdə barədə qəti mövqe nümayiş etdirdiyini vurğulayan Almaniya Kansleri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən səmərəli istifadə təklifini bir daha diqqətə çatdırıb: “Biz Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən daha səmərəli istifadə etmək istəyirik. Bu vəsait hesabına Ukraynaya təxminən 140 milyard avro məbləğində faizsiz kreditlər veriləcək. Bu vəsait yalnız hərbi təchizat üçün istifadə olunacaq və mərhələli şəkildə ödəniləcək. Beləliklə, müharibə davam etdiyi müddətdə Ukraynanın hərbi davamlılığı təmin ediləcək. Biz bunu müharibəni uzatmaq üçün deyil, əksinə, mümkün qədər tez başa çatdırmaq üçün edirik”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri