Almaniya Kansleri: Dünyada sərt küləklər əsir və biz bunu yaxın gələcəkdə hiss edəcəyik
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Berlin, 29 yanvar, AZƏRTAC
Biz hamımız yeni dünya nizamının yüksək sürətlə formalaşdığını hiss edirik.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Bundestaqın iclasında çıxışında deyib.
Dünyada münaqişələrin sayının, eləcə də bir çox dövlətlər arasında və bir çox cəmiyyətlərin daxilində zorakılığın artdığını vurğulayan Kansler Almaniyanın bu prosesdə daim təmkinli siyasət yürütdüyünü vurğulayıb.
“Biz artıq bir neçə həftədir getdikcə daha aydın şəkildə görürük ki, böyük güclər dünyası formalaşmağa başlayır. Dünyada sərt küləklər əsir və biz bunu yaxın gələcəkdə hiss edəcəyik. Lakin biz eyni zamanda daha aydın şəkildə görürük ki, bu dəyişikliklərlə birlikdə ölkəmiz üçün və ilk növbədə Avropa üçün yeni imkanlar da meydana çıxır. Çünki yenidən formalaşan dünyanın hər yerində yüksələn demokratik dövlətlər, açıq və böyüyən bazarlar mövcuddur. Onlar məhz bizim onlara təklif edə biləcəyimizi - qarşılıqlı hörmət, etimad və etibarlılıq prinsiplərinə əsaslanan tərəfdaşlıqları axtarırlar”, - deyə Fridrix Merts qeyd edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:49
Bu xəbər 29 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















