Icma.az
close
up
RU
Kasıb nədir, taksi nədir: Yeni məhdudiyyət gəlir

Kasıb nədir, taksi nədir: Yeni məhdudiyyət gəlir

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Bakıda sürücülər sərnişini mütləq binanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş “dəyirmi masa”da bildirib.

Onun sözlərinə görə, paytaxtda taksilərin sərnişinləri yalnız yol hərəkəti qaydalarına uyğun müəyyən edilmiş dayanacaq və məntəqələrdə mindirib-düşürməsi tələb olunur: 

“Şəhərdə sərnişinlərin minib-düşməsi üçün xüsusi nöqtələr artıq müəyyənləşdirilib və bu proses mərhələli şəkildə genişləndirilir. Dayanacaq yerləri əvvəlcədən planlaşdırılıb. Ehtiyac olan ərazilərdə əlavə məntəqələr yaradılır”.

Nazir müavini vurğulayıb ki, bəzi hallarda qısa məsafənin piyada qət edilməsi daha məqsədəuyğundur:

“Əsas məsələ qaydalara əməl etməkdir. Harada dayanmağa icazə verilirsə, orada dayanmaq lazımdır. Bu həm təhlükəsizliyi, həm də şəhər nəqliyyatının axıcılığını təmin edir”.

Bu yanaşma isə taksi xidmətinin mahiyyəti ilə bağlı ziddiyyət yaradır. Belə ki, taksinin əsas mahiyyətinin sərnişini birbaşa getmək istədiyi ünvana çatdırmaqdır. Əgər sərnişin yenə də müəyyən məsafəni piyada qət etməli olacaqsa, bu halda taksi ilə avtobus arasında hansı fərq qalır?

Mövzu ilə bağlı “Cebhehinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Bakıda taksi sürücülərinin sərnişinləri mütləq şəkildə binanın və ya konkret ünvanın qarşısında düşürməyə çalışması hər zaman düzgün yanaşma deyil.

Ekspertin sözlərinə görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da vurğuladığı kimi, paytaxtda taksilərin sərnişinləri yol hərəkəti qaydalarına uyğun olaraq yalnız əvvəlcədən müəyyən edilmiş dayanacaq və minib-düşmə yerlərində mindirib-düşürməsi tələb olunur:

“Artıq şəhər ərazisində bu məqsədlə xüsusi nöqtələr müəyyənləşdirilib və proses mərhələli şəkildə genişləndirilir. Dayanacaq yerləri nəqliyyat axını və təhlükəsizlik amilləri nəzərə alınmaqla planlaşdırılıb, zərurət yaranan ərazilərdə isə əlavə minib-düşmə yerlərinin yaradılması nəzərdə tutulur. 

Bu yanaşmanın əsas məqsədi yol hərəkətində qayda pozuntularının, qəfil dayanma hallarının və tıxacların qarşısını almaq, həm sürücülər, həm də piyadalar üçün daha təhlükəsiz və nizamlı şəhər mühiti formalaşdırmaqdır. Bu fikir ilk baxışdan məntiqli görünür, amma məsələ bir az daha genişdir”. 

Adil Nəbiyev əlavə edib ki, taksi xidmətinin mahiyyəti sərnişini yaşadığı ünvana mümkün qədər yaxın çatdırmaqdır, lakin bu, istənilən yerdə dayanmaq anlamına gəlməməlidir:

“Taksi avtobusdan fərqli olaraq marşrut azadlığına malikdir və sərnişini ünvanına ən yaxın nöqtəyə aparır, fərq də məhz bundadır. Ancaq taksi ictimai yollardan istifadə etdiyi üçün yol hərəkəti qaydalarına tabedir.

Əgər hər sürücü sərnişini mütləq qapının ağzında düşürmək üçün yolun ortasında və ya ikinci zolaqda dayansa, bu artıq fərdi xidmət yox, ümumi nəqliyyat probleminə çevrilir.

Bir nəfərin rahatlığı naminə onlarla sürücünün vaxt itirməsi, tıxac yaranması və təhlükəsizliyin pozulması məntiqli deyil. Taksi ünvan rahatlığı yaradır, avtobus isə bunu etmir, fərq buradadır. Amma bu fərq yol hərəkətinin pozulması bahasına olmamalıdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: taksi Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri