Almaniya Kansleri: Rusiya Ukraynadan daha çoxunu istəyir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Almaniya Kansleri Fridrix Merts Rusiyanın Ukraynadan daha geniş geosiyasi məqsədləri olduğunu və Avropa ölkələrinə təzyiqi artırdığını bildirib.
“The Guardian” xəbər verir ki, Merts bu barədə Bundestaqda 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.
“Rusiya nə istədiyini dəqiq bilir və onun istədiyi təkcə Ukrayna deyil”, - o bildirib.
Kansler Rusiyanın Baltik regionunda, Polşada, Qara dənizdə və hətta kosmosda gərginliyi artırdığını bildirib.
“Bu, böyük miqyasda baş verir, o cümlədən öz sərhədlərimiz daxilində, hətta insan həyatı bahasına. Buna görə də biz avropalılar Rusiya üçün aydın sərhədlər müəyyən etməliyik və edəcəyik”, – o vurğulayıb.
Merts Ukraynaya dəstəyin Almaniyanın və Avropanın öz təhlükəsizliyinin qorunması demək olduğunu da qeyd edib.
O, həmçinin Almaniyanın müdafiə, infrastruktur, demoqrafik dəyişikliklər və iqtisadiyyat sahələrində uzun müddət diqqətdən kənarda qalmış problemləri həll etməli olduğunu bildirib.
Baxış sayı:41
Bu xəbər 25 Noyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















