Avropa Almaniya kanslerinə sanksiya tətbiq edir
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətləri olan keçmiş Almaniya kansleri Gerhard Şröderə və digər Avropa İttifaqı vətəndaşlarına Rusiya şirkətlərində rəhbər vəzifələr tutmaq qadağan edilə bilər.
“Cebheinfo.az”-ın məlumatına görə, Avropa İttifaqı bununla bağlı qərarını Rusiyaya qarşı 22-ci sanksiya paketinin layihəsinə daxil edilib. “Bild” nəşri yazır ki, qadağalar birbaşa Almaniyanın keçmiş kansleri Gerhard Şröderə təsir edir.
O, “Hyperglobus” supermarket şəbəkəsinin müşahidə şurasındakı yeni vəzifəsini itirə bilər. Sanksiyalar yalnız Şröderə deyil, digər avropalılara da təsir edə bilər. Paketin qüvvəyə minməsi üçün onu Aİ-nın 27 ölkəsinin hamısı dəstəkləməlidir. Brüssel bu ilin sonuna qədər embarqolar barədə razılığa gəlməyi gözləyir. Qeyd edək ki, Şröder 2026-cı ilin sentyabr ayında “Hyperglobus” MMC -nin direktorlar şurasına qoşulub.
“Hyperglobus” Rusiyanın səkkiz bölgəsində 22 “Globus” mağazasını idarə edir. 2025-ci ilin əvvəlində şəbəkənin Rusiya bölməsi Almaniyanın holdinq şirkətindən ayrılaraq müstəqil şirkətə çevrilib. Sahibi Tomas Brux Şröderin təyinatını onun Rusiya hakimiyyəti və biznesi ilə qarşılıqlı əlaqə təcrübəsinə malik olması ilə izah edib. 2005-ci ildə kansler vəzifəsindən ayrıldıqdan sonra Şröder “Qazprom” və “Rosneft” də daxil olmaqla, Rusiyanın dövlət şirkətlərində yüksək vəzifələr tutub. O, Ukraynada münaqişə başladıqdan sonra da Vladimir Putinlə əlaqə saxlayıb. May ayında Rusiya prezidenti keçmiş kansleri danışıqlar üçün üstünlük verdiyi Avropa nümayəndəsi kimi təyin edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 25 Noyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















