Icma.az
close
up
RU
Almaniya Kansleri və Kanadanın Baş naziri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü müzakirə ediblər

Almaniya Kansleri və Kanadanın Baş naziri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü müzakirə ediblər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 26 avqust, AZƏRTAC

Biz Prezident Trampın Rusiyanın hücumunu bitirməsi üçün göstərdiyi diplomatik səyləri dəstəkləyirik. Nəticə ədalətli və davamlı sülh olmalıdır. Bu sülh həm Ukraynanın, həm də Avroatlantik təhlükəsizlik maraqlarını qorumalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan Kanadanın Baş naziri Mark Karni ilə mətbuata bəyanatında bildirib.

F.Merts Ukrayna və Rusiya prezidentlərinin görüşünün baş tutmaması təqdirdə, Rusiyaya qarşı təzyiqin artırılmasının vacibliyinə toxunaraq deyib: “Prezident Zelenski ötən həftə Vaşinqtonda açıq şəkildə bildirdi ki, o, yaxın günlərdə Putinlə bir masa arxasında oturmağa hazırdır. İndi növbəti addımı Moskva atmalıdır. Əgər Rusiya Prezidentinin bu müharibəni dayandırmaq niyyəti ciddidirsə, onda bu təklifi qəbul etməlidir. Moskva bu addımı atmazsa, daha çox təzyiq lazım olacaq. Avropa İttifaqı yeni sanksiyalar üzərində işləyir, ABŞ Prezidenti də əlavə gömrük rüsumlarını istisna etməyib”.

Almaniya Kansleri Avropa ölkələrinin, ABŞ və Ukraynanın birlikdə təhlükəsizlik zəmanətlərinin mümkün variantlarını hazırladıqlarını qeyd edərək vurğulayıb ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri güclü və etibarlı olmalıdır. Bu zəmanətlərin əsas məqsədi Ukrayna ordusunun öz ölkəsini uzun müddət müdafiə edə bilməsini təmin etməkdir. Digər məsələlər yalnız bundan sonra müzakirə oluna bilər.

Kanadanın Baş naziri M.Karni isə Almaniya Kansleri ilə görüşdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü müzakirə etdiklərini deyib.

O, Kanadanın da rus şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini və Ukraynaya əlavə hərbi dəstək göstərəcəyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see704

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see315

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see260

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri