Icma.az
close
up
RU
“Almaniya Krallığı” təşkilatı qadağan edilib

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 13 may, AZƏRTAC

Almaniyada dövlət quruluşuna qarşı fəaliyyət göstərən “Almaniya Krallığı” təşkilatı rəsmi şəkildə qadağan edilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, daxili işlər naziri Aleksandr Dobrindt açıqlamasında təşkilatın konstitusiya quruluşunu hədəf alması və öz fəaliyyəti ilə Cinayət Məcəlləsinin müvafiq müddəalarını pozması ilə əlaqədar qadağan olunduğunu bildirib.

“Reichsbürger” (İmperatorluq vətəndaşları) və “Selbstverwalter” (özünüidarəçilər) hərəkatları çərçivəsində ən geniş şəbəkəyə sahib olan bu təşkilatın 6 minə yaxın üzvü olduğu bildirilir.

Qərarla əlaqədar Almaniyanın yeddi federal əyalətində yüzlərlə polis əməkdaşının iştirakı ilə təşkilata aid obyektlərdə axtarışlar aparılıb. Daxili İşlər Nazirliyi əməliyyatların məqsədinin təşkilatın əmlakını müsadirə etmək və konstitusiya əleyhinə fəaliyyətlə bağlı sübutları qorumaq olduğunu bildirib. Əməliyyatlar zamanı təşkilatın liderlərindən dörd nəfər saxlanılıb. Onlardan biri təşkilatın qurucusu - 2012-ci ildə özünü “Almaniyanın kralı” elan edən 59 yaşlı Peter Fitzekdir. Keçmiş aşpaz və karate müəllimi olan P.Fitzek illər ərzində “Reichsbürger” hərəkatının ən tanınmış şəxslərindən birinə çevrilib.

Nazirlik bu qərarın daxili təhlükəsizlik xidməti - Konstitusiyanı Mühafizə İdarəsi (Verfassungsschutz) və digər müvafiq orqanların apardığı genişmiqyaslı araşdırmalar nəticəsində qəbul olunduğunu açıqlayıb. Qadağa “Almaniya Krallığı” ilə əlaqəli fəaliyyət göstərən bir sıra təşkilatlarə da əhatə edir.

Qeyd edək ki, “Reichsbürger” hərəkatının üzvləri öz evlərini və ya torpaqlarını müstəqil dövlət elan edir və Almaniya Federativ Respublikasının qanunlarını tanımaqdan, vergi və rüsumları ödəməkdən imtina edirlər. Bu ideologiya Almaniyanın guya suveren dövlət olmadığı və qanunlarının etibarsız olduğuna dair konspirativ nəzəriyyələrə əsaslanır. Son illərdə əhəmiyyətli dərəcədə genişlənən bu hərəkat daxili təhlükəsizlik xidməti tərəfindən müşahidə altına alınıb. Xidmətin 2023-cü ilə olan məlumatına əsasən, Almaniyada 25 minə yaxın “Reichsbürger” və “Selbstverwalter” tərəfdarı var. Onlardan hər on nəfərindən biri zorakılıq meyilli hesab olunur. Təxminən 1350 nəfərin isə sağçı ekstremist olduğu bildirilir. Polis həmin şəxslərin silahsızlaşdırılması üçün əməliyyatlar keçirərkən bir neçə dəfə silahlı qarşıdurma yaşanıb, nəticədə polis əməkdaşları həlak olub və ya ağır yaralanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri