ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min barelə qədər neftin ayrılmasına icazə verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin bəyanatında bildirilir.
Məlumata görə, neft dərhal tədarük edilməsi üçün Luizianadakı "West Hackberry" strateji anbarından "Lake Charles" zavoduna veriləcək.
Xammalın ötürülməsi mübadilə şərtləri əsasında həyata keçiriləcək. "Phillips 66" şirkəti aldığı nefti əlavə əmsalla qaytarmalıdır ki, bu da vergi ödəyiciləri üçün əlavə xərclər olmadan strateji ehtiyatı yenidən doldurmağa imkan verəcək.
ABŞ energetika nazirinin müavini Kayl Haustvayt bildirib ki, bu tədbir neft emalı zavodunun işini dəstəkləməyə, yanacaq tədarükünün sabitliyini təmin etməyə və xammal çatdırılmasındakı müvəqqəti fasilələrin fəsadlarını yumşaltmağa imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 Oktyabr 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















