Icma.az
close
up
RU
Almaniya Prezidentinin Azərbaycana səfəri etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisidir

Almaniya Prezidentinin Azərbaycana səfəri etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisidir

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbayca və Almaniya arasında münasibətlər sürətlə inkişaf edir. Ölkələrimiz arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlıq həyata keçirilir. Prezident Frank Valter-Ştaynmayerin ölkəmizə səfəri və dövlət başçılarımız arasında aparılan müzakirələr ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə yeni bir impuls verəcək.

Milli.Az bildirir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirib.

Millət vəkili xatırladıb ki, Valter-Ştaynmayerin prezident qismində ölkəmizə ilk rəsmi səfəridir:

"Amma XİN rəhbəri kimi dəfələrlə ölkəmizə gəlib, ölkələrimiz arası əməkdaşlığın inkişaf etdirilməsi, keçmiş Qarabağ münaqişəsinin dinc yolla həll olunması istiqamətində fikir mübadilələri aparılıb. Dövlət başçısı İlham Əliyev Almaniya Prezidenti ilə ikitərəfli və geniştərkibli görüşlərdə mövqeyimizi və baş verən prosesləri qarşı tərəfin diqqətinə bir daha çatdırdı. Həm də dövlət başçımız ölkəmizdə keçirilən qlobal əhəmiyyətli COP29 tədbirində iştirak etməyən yeganə ölkənin Ermənistan olduğunu və iştirak etməməsinin səbəbini başa düşülən olmadığını bir daha almaniyalı həmkarının diqqətinə çatdırdı".

A.Badamovun sözlərinə görə, ölkələrimizarası iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir və əməkdaşlığın inkişaf etdirilməsinin hüquqi bazasını yaradan 77 sənəd imzlanıb.

"Bu ilin 2 ayı ərzində keçən ilin müvafiq dövrünə nisbətən ticarət dövrüyyəsində 3 dəfədən çox artımın olması xüsusilə vurgulanıb. Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasının əsasında xam neftimizin alışının artırılması dayanır. Həm də Almaniya şirkəti ilə əməkdaşlıq edərək qazımızın Avropa bazarına istehlakını həyata keçiririk. Almaniya ilə əməkdaşlığımızın dərinləşdirilməsi bərpaolunan enerjimizin Avropaya ixrac edilməsində müsbət nəticələr verəcək", - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərli isə Trend-ə açıqlamasında xatırladıb ki, uzun illərdir Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir:

"Hazırda Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, hər iki ölkənin rəhbərləri arasındakı münasibətlər də yüksək səviyyəli dialoqa əsaslanır. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi və 11 dəfə isə işgüzar səfər edib. 2023-cü ilin fevral ayında dövlət başçımızın Almaniyaya növbəti səfəri baş tutub və Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana ötən günkü səfəri zamanı hər iki prezident Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər".

Millət vəkilinin sözlərinə görə, Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir:

"Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Bu səfərlə bir daha Almaniyanın Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edib, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyi sübut olundu. Həmçinin, Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir".

M.Cəfərov vurğulayıb ki, Azərbaycanla Almaniya arasında əlaqələr də kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb.

"2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Son 5 ildə Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-nın fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər", - deyə o fikrini yekunlaşdırıb.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Aprel 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri