Almaniya Ukraynaya obüslərin ilk təslimatını gerçəkləşdirdi
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Almaniya, Ukraynanın Rusiyaya qarşı müdafiə gücünü artırmaq məqsədilə istehsal etdiyi müasir obüslərin ilk partiyasını təhvil verdi.
Redaktor.az xəbər verir ki, Almaniyanın Kassel şəhərində təşkil olunan təslimat mərasimində çıxış edən Müdafiə Naziri Boris Pistorius, Ukraynanın uzaqdan idarə olunan RCH 155 tipli obüslərini almağa başladığını açıqladı.
Pistorius: “Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dördüncü ilinə yaxınlaşarkən bu gün güclü bir mesaj veririk: Ukrayna bizə etibar edə bilər. Almaniya Avropadakı məsuliyyətlərini yerinə yetirməyə hazırdır”, - ifadələrini işlətdi.
Nazir həmçinin son dövrlərdə Almaniyada 420-dən çox Ukraynalı hərbçinin təlim keçdiyini vurğuladı.
Seymur BƏNNAYEV
Baxış sayı:68
Bu xəbər 13 Yanvar 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















