Icma.az
close
up
RU
Almaniya və İsveçrədə üç ukraynalı saxlanılıb Rusiya kəşfiyyatının sifarişi ilə təxribat hazırlayıblar

Almaniya və İsveçrədə üç ukraynalı saxlanılıb Rusiya kəşfiyyatının sifarişi ilə təxribat hazırlayıblar

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Almaniya və İsveçrədə Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə təxribat törətməkdə şübhəli bilinən üç Ukrayna vətəndaşı saxlanılıb. Bu barədə Almaniya Federal Prokurorluğunun yaydığı rəsmi məlumatda bildirilir.

Həbs əməliyyatları 9-13 may tarixlərində Almaniyanın Köln və Konstans şəhərlərində, eləcə də İsveçrənin Turqau kantonunda həyata keçirilib.

Almaniyada qəbul edilmiş məxfilik qaydalarına əsasən, saxlanılan şəxslərin yalnız ad və soyadlarının baş hərfləri açıqlanıb: Vladislav T., Daniil B. və Yevgeni B. Məlumatda qeyd olunur ki, İsveçrədə saxlanılan Yevgeni B. təxribat əməliyyatlarının əsas təşkilatçısı hesab olunur və yaxın günlərdə Almaniyaya ekstradisiya ediləcəyi gözlənilir.

İstintaqın versiyasına görə, bu şəxslər “Rusiya dövlət qurumu”nun sifarişi ilə hərəkət ediblər. Onların Almaniyadan Ukraynadakı ünvanlara alovlana bilən partlayıcı qurğular yerləşdirilmiş poçt bağlamaları göndərməyi planlaşdırdıqları iddia olunur. Bağlamalardan ikisi artıq Köln şəhərinə sınaq məqsədilə göndərilib və onların içərisində GPS izləyiciləri və digər avadanlıqların olduğu bildirilir. Bu faktla bağlı Almaniya hüquq-mühafizə orqanları kəşfiyyat fəaliyyəti, təxribat məqsədilə partlayıcı maddələrin hazırlanması və yanar maddələrin saxlanılması üzrə cinayət işi açıb.

Qeyd edək ki, “The Guardian” nəşrinin araşdırmasına görə, ötən il Avropada DHL anbarlarında baş verən partlayışların arxasında da Rusiyanın hərbi kəşfiyyat idarəsi – QRU dayanır. Polşa Prokurorluğu bu partlayışlarla bağlı bir neçə Rusiya və Ukrayna vətəndaşının saxlanıldığını və partlayıcı maddələrin ABŞ və Kanadaya göndərilmək üçün hazırlandığını bəyan etmişdi. /azpolitika.info/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see174

“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

13 May 2025 00:51see156

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see152

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see150

Trampın masasında gözlənilməz əşya Foto

13 May 2025 01:27see146

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see143

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see143

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see134

Ceki Çan filmlərdəki tryukları özünün etməyini nə vaxt dayandıracağını açıqlayıb

13 May 2025 04:49see134

Pakistan və Hindistan RAZILIĞA GƏLDİ Trampın zəngindən sonra… KONKRET

13 May 2025 18:27see131

Bağçalıya maraqlı hədiyyə Putin, Tramp, Makron... FOTO

12 May 2025 22:50see128

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see127

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see124

Səudiyyə Ərəbistanı Trampa verdiyi vədi yerinə yetirə bilməyəcək?

13 May 2025 02:46see124

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see122

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

13 May 2025 18:48see121

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2

13 May 2025 18:08see119

Smartfonu yandıra biləcək 10 təhlükəli şarj səhvi

13 May 2025 06:44see116

Uzun ömr istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

13 May 2025 23:10see114

Dinamika artdı: Şara Səudiyyəyə getdi

13 May 2025 23:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri