Icma.az
close
up
RU
Almaniya XİN: Rusiyanın Ukraynada uğur qazanması NATO üçün təhlükə yarada bilər

Almaniya XİN: Rusiyanın Ukraynada uğur qazanması NATO üçün təhlükə yarada bilər

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful hesab edir ki, Rusiyanın Ukraynada hərbi uğur əldə etməsi NATO üçün “ciddi təhlükə” yarada bilər.

Bizimyol.info xəbər verir ki, o, DPA agentliyinə bildirib ki, Almaniya hakimiyyətinin apardığı təhlillərə görə, Avropanın təhlükəsizliyi yalnız onu Rusiya Federasiyasının təsirindən qorumaqla təmin edilə bilər.

Nazirin sözlərinə görə, təhlükəsizlik “yalnız güc mövqeyindən, alyans daxilində (NATO-da) birliyin möhkəmliyindən və Bundesverin müdafiə qabiliyyətindən” çıxış etməklə təmin oluna bilər. Almaniya XİN rəhbəri vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri Ukraynada davamlı hərbi uğurlar qazansa, “bu, NATO üçün ciddi təhlükə olacaq”.

Eyni zamanda o qeyd edib ki, ABŞ-ın aydın və konkret öhdəlikləri olmadan Ukrayna üçün təhlükəsizlik zəmanətləri heç bir dəyərə malik deyil. Vadefulun fikrincə, Ukrayna yalnız o halda güzəştlərə, o cümlədən ərazi məsələsində addımlar atmağa hazır ola bilər ki, bu addımlar Qərbin, ilk növbədə isə ABŞ-ın etibarlı təhlükəsizlik öhdəlikləri ilə müşayiət olunsun. Bununla yanaşı, nazirin fikrincə, avropalılar da öz töhfələrini verməli olacaqlar.

Almaniya XİN rəhbəri Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Armin Laşetin Rusiya üzrə Aİ-nin xüsusi nümayəndəsinin təyin edilməsi ilə bağlı təklifinə təmkinli münasibət bildirib.

Dekabrın 17-də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin Avropadakı siyasətçilərin “isteriya dərəcəsini artırdıqlarını” və Rusiya ilə qaçılmaz toqquşma qorxusunu “insanların beyninə yeritdiklərini” deyib. Onun sözlərinə görə, Rusiyanın Avropaya mümkün hücumu ilə bağlı iddialar “yalan və cəfəngiyyatdır”.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:14
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri