Icma.az
close
up
RU
“Tramp marşrutu”: Paşinyanın xahişinə Putin nə cavab verəcək?

“Tramp marşrutu”: Paşinyanın xahişinə Putin nə cavab verəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Federasiyası ilə Ermənistan arasında Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsinin başlanması tarixi əhəmiyyətə malikdir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub.

Ölkə liderləri Cənubi Qafqaz regionunda dəmir yolu infrastrukturunun bərpasını müzakirə ediblər. Vladimir Putin Rusiya-Ermənistan münasibətlərinin inkişafını qeyd edərək, bir sıra sahələrdə birgə planların mövcudluğunu vurğulayıb.

Onun sözlərinə görə, logistika, o cümlədən Ermənistanın sərhədlərindən kənara çıxan köhnə marşrutların bərpası, eləcə də yeni nəqliyyat əlaqələrinin yaradılması perspektivli bir sahə olaraq qalır.

Ermənistanın Baş naziri Cənubi Qafqaz regionunda mühüm dəyişikliklərin baş verdiyini bildirib və Rusiya tərəfinə Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Paşinyan Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən keçən dəmir yolu xidmətinin istifadəyə verilməsini qeyd edərək, bu hadisənin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin regionda dəmir yollarının bərpasının vacibliyini qeyd etdi.

“Yeni imkanlar açılır və bu artıq yetişib və ölkəmizdəki bəzi dəmir yolu məntəqələrinin bərpası gündəmdədir. “Xüsusilə də İcevan (Karvansaray), Yerasx (Arazdəyən) və Axurik (Böyük Qarakilsə) sektorlarını nəzərdə tuturam. Bunlar Ermənistanı Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanla və Türkiyə ilə birləşdirən dəmir yollarıdır”, - deyə o bildirib.

Ermənistan dövlətinin başçısının sözlərinə görə, Ermənistanla ABŞ arasında münasibətlər konstruktivdir. Bundan əlavə, Paşinyan qeyd edib ki, “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat layihəsinin həyata keçirilməsi Amerika tərəfi ilə birgə davam edir.

Qeyd edək ki, Rusiya Prezidenti Nikol Paşinyanın bu xahişinə - “Təşəkkür edirəm” deməklə cavab verib. Yəni Vladimir Putin Paşinyanın müraciətini cavabsız buraxıb. 

Ona görə də Ermənistan ərazisindəki dəmir yolu xətlərinin bərpası məsələsi həll olunmamış qalır. Nikol Paşinyanın bununla bağlı Prezident Vladimir Putinə müraciət etməsi isə “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin Rusiyanın konsessiyasında olması ilə bağlıdır. 

Paşinyan hələ səfərdən öncə jurnalistlərə açıqlamasında üç istiqamətdə dəmir yolu xətlərinin bərpası ilə bağlı məsələni Rusiya tərəfi qarşısında qaldıracağını bildirmişdi.  Lakin Rusiya “TRIPP layihəsi”nin reallaşmasında maraqlı olmadığından Ermənistanın təklifinə müsbət cavab verməyib. 

Əslində, Rusiya tərəfi bununla bağlı mövqeyini dekabrın 16-da XİN-nin MDB ölkələri üzər dördüncü departamentinin direktoru Mixail Kaluginin dili ilə açıqlayıb.

Kalugin bildirib ki, rəsmi Moskva “Tramp marşrutu” təşəbbüsünün  paralemtrləri və Rusiyanın mümkün iştirakı barədə Ermənistanla məsləhətləşmələrə hazırdır. Diplomatın sözlərinə görə, bunun üçün kifayət qədər əsas var.

Kalugin qeyd edib ki, Rusiya bu işə bir çox cəhətdən maraq göstərir. “Əslində, söhbət layihənin üçtərəfli işçi qrupu çərçivəsində əvvəllər razılaşdırılmış hissəsindən gedir. Rusiya Dəmir Yollarının nəzdində olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti Ermənistanda dəmir yolu şəbəkəsini işlətmək üçün konsessiyaya malikdir. Regionda reys ölçüsü də Rusiya dəmir yolu sisteminə əsaslanır. Eyni zamanda, “Tramp yolu” sərhəd qüvvələrimizin məsuliyyət zonasından keçəcək”.

Kalugin əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü fonunda “Tramp marşrutu” layihəsinin Rusiyanın iştirakından kənar reallaşması çətindir.

XİN-nin rəsmisi bununla rəsmi Moskvanın Ermənistana xəbərdarlıq mesajlarını çatdırıb. Kreml ilk növbədə, bildirmək istəyir ki, Zəngəzurdan keçən dəmir yolu xətti Rusiyanın iştirakı olmadan açıla bilməz. Bu proses isə yalnız 2021-2022-ci illərdə Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun dəmir yolunun açılmasına dair əldə etdiyi razılaşma çərçivəsində mümkündür.

Qeyd edək ki, həmin razılaşma nisbi xarakter daşıyıb və sonradan Ermənistan bu mövqeyindən geri çəkilib. Lakin Rusiya da Zəngəzur dəhlizinin  açılmasına maraq göstərməyib. Ona görə də Kaluginin sözləri  Rusiyanın dəmir yolunun bərpası və işə düşməsi üçün hansısa addımlar atmaq niyyətindən xəbər vermir.

Sadəcə olaraq, Rusiya həmin yolun ABŞ-nin autsorsinq prinsipi əsasında ABŞ-nin istifadə verilməsini istəmir. Kreml bunu Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqları üçün təhdid hesab edir. Hətta dəmir yolu xəttinin keçdiyi ərazi, yəni Rusiya sərhəd qoşunlarının fəaliyyət zonası olduğundan Moskva özünün təsir dairəsinə NATO üzvü olan rəqib dövlətin daxil olmasınlı istəmir.

Lakin Nikol Paşinyan hakimiyyəti dəmir yolunun keçdiyi ərazini Rusiyanın təsir dairəsi hesab etmir. Nikol Paşinyanın jurnlaistlərə “Dəmir yolunun Mehri hissəsi Ermənistanın suveren ərazisidir və biz başqa dövlətə aid deyil”, - deməsi bu mesajı özündə əks etdirir.

Rusiyanı narahat edən mühüm məqamlardan biri də Avrasiya İqtisadi İttifaqının ərazisindən “Tramp marşrutu”nun keçməsi ilə bağlıdır. Rusiya və Ermənistan arasında bununla bağlı mübahisə iyul ayından davam edir. Moskva hesab edir ki, “TRIPP layihəsi”ndə fərqli gömrük rüsumlarının tətbiqi Avrasiya İqtisadi İttifaqının ərazisini iki hissəyə böləcək.

Ona görə də Rusiya Paşinyana təzyiq edir və “Tramp marşrutu”na qarşı çıxır. Belə olan halda, Rusiyanın Ermənistanı Azərbaycanla və Türkiyə ilə əlaqələndirən, o cümlədən “Tramp marşrutu”nun tərkib hissəsi olan dəmir yolu xətlərini təmir-bərpa edəcəyi inandırcı görünmür.

Çünki dəmir yollarının açılması Ermənistanın blokadadan çıxması, yəni Rusiyanın iqtisadi asılılığından çıxması deməkdir. Rusiya isə bunun əleyhinədir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: “Tramp marşrutu” Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri