Almaniyada AfD həyəcanı: İfrat sağçılara qarşı etirazlar artır
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalət seçkilərində tarixi qələbəsindən sonra minlərlə insan partiyaya qarşı etiraz aksiyalarına qatılıb.
Turkustan.az xəbər verir ki, nümayişçilər Berlindəki Brandenburq qapısının qarşısında toplaşaraq AfD-nin immiqrasiya siyasətinə və Rusiyayönlü mövqeyinə etiraz ediblər. Partiya sığınacaq axtaranların kütləvi deportasiyasını, həmçinin bərpa olunan enerji və ictimai yayım üçün dövlət maliyyəsinin azaldılmasını tələb edir.
AfD bazar günü keçirilən seçkilərdə keçmiş Şərqi Almaniya ərazisində yerləşən Saksoniya-Anhaltda indiyədək ən yüksək əyalət seçki nəticəsini əldə edib.
Partiyanın bu uğuru Almaniyada siyasi gündəmin yenidən AfD-yə yönəlməsinə səbəb olub. Diqqət hazırda sentyabrın 20-də Berlin və Meklenburq-Ön Pomeraniya əyalətlərində keçiriləcək regional seçkilərə yönəlib.
Etirazçılar AfD-nin bu seçkilərdə də ciddi nəticə əldə edə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 09 Sentyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















