Icma.az
close
up
RU
“Almaniyada alınmadı” Dortmund klubuna danışan Coy Lens Mikelsdən ETİRAF VİDEO

“Almaniyada alınmadı” Dortmund klubuna danışan Coy Lens Mikelsdən ETİRAF VİDEO

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Almaniyanın “Borussiya Dortmund” klubunun rəsmi səhifəsində “Sabah”la qarşılaşma öncəsi maraqlı video yayımlanıb.

İdman.Biz xəbər verir ki, videoda Bakı təmsilçisinin hücumçusu Coy-Lens Mikels sualları cavablandırıb, karyerasından və Dortmund klubu ilə bağlı xatirələrindən danışıb.

Müsahibə zamanı futbolçudan Almaniyadan olan oyunçunun Azərbaycanda çıxış etməsinin səbəbi soruşulub. Mikels buna “Almaniyada alınmadı” cavabını verib. “Sabah”ın güclü tərəfi barədə suala isə komandanın hücum xəttini qeyd edib.

Ondan Azərbaycanda futbolla bağlı ən vacib sözün nə olduğu da soruşulub. Mikels “tələsməyin” sözünü dedikdən sonra alman dilində “sakit” mənasını verən "ruhig" ifadəsini işlədib.

Daha sonra futbolçu “Borussiya Dortmund”un əsas komandası ilə qarşılaşıb-qarşılaşmadığı barədə danışıb. O, klubun ikinci komandası ilə oynadığını, lakin əsas heyətə qarşı meydana çıxmadığını bildirib.

Mikels vaxtilə digər “Borussiya”da da çıxış etdiyini xatırladıb. Hansı “Borussiya”nın daha güclü olduğu barədə suala isə “Bir dəfə Borussiya, həmişə Borussiya” cavabını verib.

Karyerası ərzində bir sıra klublarda çıxış edən hücumçu “Borussiya”dan başqa, “Borussiya Mönhenqladbax”, “Şalke”, “Alemanniya Aaxen”, “Nordhauzen”, “Kayzerslautern”, “MVV Maastrixt”, “Taba”, Səudiyyə Ərəbistanının “Əl-Feysali” komandalarında oynadığını, daha sonra isə yenidən “Sabah”a qayıtdığını söyləyib.

Bütün dövrlərin ən yaxşı “Borussiya Dortmund” futbolçusunun kim olduğu barədə suala Mikels Mark Roysun adını çəkib.

O, bu mövsüm UEFA Çempionlar Liqasının ilk turunda “Mançester Yunayted”in ev stadionu “Old Trafford”da meydana çıxmasının da onun üçün unudulmaz təcrübə olduğunu bildirib. Mikels İngiltərə klubunu böyük futbolçuların çıxış etdiyi möhtəşəm komanda kimi xarakterizə edib. Həmin stadionda meydana çıxmağın, Çempionlar Liqasının himnini dinləməyin onun üçün təsvirolunmaz və möhtəşəm hiss olduğunu vurğulayıb.

Sabahkı “Borussiya Dortmund” - “Sabah” oyunu ilə bağlı proqnozunu bölüşən hücumçu hər iki komanda üçün müsbət nəticə arzulayıb.

Qeyd edək ki, “Sabah” bu gün, oktyabrın 21-də Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) futbol komandasını qəbul edəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri