Almaniyada bankda gərgin anlar: Silahlı şəxs saxlanıldı
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın qərbində naməlum şəxs "Sparkasse" bankının filialına daxil olaraq orada barrikada qurub.
Oxu.Az xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb.
Hadisə yerinə xüsusi təyinatlı qüvvələr və helikopter cəlb olunub, genişmiqyaslı əməliyyat keçirilib. Nəticədə kişi polisə təslim olub.
Məlumata görə, 42 yaşlı şəxs yerli vaxtla saat 16:30-da banka daxil olub. Bank əməkdaşlarından biri onun üzərində tapança gördüyünü bildirib. Lakin kişi heç kimə hədə-qorxu gəlməyib və heç bir tələb irəli sürməyib. Silahın həqiqi olub-olmadığı isə hələ müəyyən edilməyib.
Bildirilir ki, kişi girov götürməyib və bankda tək olub. O, təxminən iki saat ərzində binada qalıb. Saxlanılarkən müqavimət göstərməyib. Onun motivləri hələlik məlum deyil, psixi vəziyyəti ilə bağlı versiya da araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:246
Bu xəbər 10 Aprel 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















