Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Berlin, 24 sentyabr, AZƏRTAC
Almaniyanın aparıcı iqtisadi tədqiqat institutları ölkə iqtisadiyyatının 2026-cı ildə əvvəl proqnozlaşdırıldığından daha sürətlə böyüyəcəyini gözləyirlər.
AZƏRTAC xəbər verir ki, institutların birgə payız proqnozuna əsasən, ümumi daxili məhsulun (ÜDM) bu il 1,3 faiz artacağı bildirilir. Yaz proqnozunda bu göstərici 0,6 faiz nəzərdə tutulmuşdu.
Mütəxəssislər böyümənin əsasən ixracın və emal sənayesində yaradılan əlavə dəyərin gözləniləndən daha güclü artımı ilə bağlı olduğunu bildirirlər. Buna dünya iqtisadiyyatındakı müsbət dinamika və süni intellekt sahəsində qlobal canlanma da təsir göstərib. Bununla belə, enerji qiymətlərinin yüksək olması və struktur problemləri iqtisadiyyatın bərpasını məhdudlaşdırır.
İnstitutlar 2027-ci ildə iqtisadi artımın 1,1 faiz, 2028-ci ildə isə 0,4 faiz olacağını proqnozlaşdırır. Buna baxmayaraq, bəzi tədqiqatçılar yüksək enerji qiymətləri və struktur problemləri fonunda iqtisadi canlanma dar təməl üzərində olduğunu vurğulayırlar. Eyni zamanda, ölkədə siyasi qeyri-müəyyənliyin artmasının iqtisadi islahatlara təsir göstərə biləcəyi də qeyd olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















