Icma.az
close
up
RU
Almaniyada Elmir Mirzəyevin unikal monoqrafiyası dərc olunub

Almaniyada Elmir Mirzəyevin unikal monoqrafiyası dərc olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, Anara Axundova, AZƏRTAC

Bielefeld şəhərindəki “transcript Verlag” akademik nəşriyyatı “Müasirlik və arxaizm arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər” (Zwischen Moderne und Archaik. Transregionale Spannungen in der Musikkultur Aserbaidschanshr.2009) adlı monoqrafiyasını nəşr edib. Onun müəllifi Almaniyada yaşayan və fəaliyyət göstərən bəstəkar, musiqişünas, publisist Elmir Mirzəyevdir. Əsərdə Azərbaycanın coğrafi-mədəni mövqeyi ilə formalaşan arxaik və müasir, dini və dünyəvi, Şərqi Avrasiya və Qərbi Avropa təsirləri arasındakı ziddiyyətlər təhlil olunur. Kitab alman dilində nəşr olunub.

Elmir Mirzəyev AZƏRTAC -a müsahibəsində monoqrafiyanın ərsəyə gəlməsi prosesindən bəhs edib.

- Elmir müəllim, əsərdə oxucuya çatdırmaq istədiyiniz əsas qayə nədən ibarətdir?

- İdeya ardıcıl tədqiqat formasını almazdan əvvəl bir toxum kimi uzun illər cücərir. Əsas məqsəd regionun tarixi, siyasi, mədəni və sosial proseslərinin təsiri altında son 200 ildə təkamülə uğramış Azərbaycan mədəniyyətinin unikallığını oxuculara aydın şəkildə çatdıracaq fənlərarası təhlil aparmaq idi. Bir sözlə, dünyəvi mədəniyyətimiz coğrafi determinizmlə şərtlənən unikal çoxşaxəli sivilizasiya birləşməsini təmsil edir. Kitabın adı da bunu təcəssüm etdirir — “Müasirlik və arxaizm arasında”.

Bu monoqrafiyada XIX-XX əsrlərdə Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında əsas rol oynamış transregional amillərin təhlili verilib. Bu amillər coğrafi-mədəni vektorlar arasında mürəkkəb qarşılıqlı təsirlər, qarşıdurmalar və mübarizələr nəticəsində yaranıb. Geosiyasi mühit özünəməxsus “sivilizasiya təzyiqi” yaradıb ki, bu da bizim maarifçi intellektual elitanı formalaşdırıb. Məhz bu elita Azərbaycanın dünyəvi mədəniyyətinin əsasını qoyub və milli müqəddəratı təyinetmə prosesini başladıb ki, bu da son nəticədə XX əsrin əvvəllərində dövlətçiliyimizi əvvəlcədən müəyyənləşdirib. Bu prosesdə dahi Üzeyir Hacıbəylinin yaratdığı müasir musiqimizin böyük rolu olub. Əslində, bu monoqrafiya onun 140 illik yubileyinə həsr olunub.

- Bu material üzərində işlər necə gedirdi?

- 2019-cu ildə Berlindəki Humboldt Universitetində tədqiqatıma başlayanda, müqaviləmdə sərbəst mövzuda tədqiqat işi hazırlamağa imkan verən bənd var idi. Məhz o zaman mən çoxdankı ideyanı həyata keçirmək qərarına gəldim - musiqimizin tarixini başqa prizmadan, qeyri-musiqi amillərinin təsiri obyektivi ilə araşdırmaq. İş çətin idi və bir neçə il davam etdi.

Tədqiqatda əsas meyarlarım lakoniklik, aydınlıq və dəqiqlik, fikrin mahiyyətini son dərəcə sadəliklə çatdırmağa çalışmaqdır. Bununla belə, konkret dildə yazarkən, onun spesifikliyi və mədəni konteksti nəzərə alınmalıdır: bizim üçün “defolt olaraq” aşkar və başa düşülən şey başqa auditoriya üçün əlavə izahatlar və ətraflı şərhlər tələb edə bilər.

- Kitab alman dilində nəşr olunub, onu başqa dillərə də tərcümə etməyi planlaşdırırsınız?

- Təbii ki, ana dilimə tərcüməni görmək çox gözəl olardı. Ancaq indiki vaxtda ingilis dilinə tərcüməni əsas prioritet hesab edirəm, çünki o, bu gün həqiqətən də qlobal bir dildir.

- Azərbaycan musiqisinin tarixi xarici ölkələrdə nə dərəcədə maraqlıdır?

- Düzünü desəm, mən çox təəssüf edirəm ki, Azərbaycan musiqisi Qərbdə az tanınır. 2018-ci ildə Üzeyir bəyin “Koroğlu” operasının 80 illiyi üçün Humboldt Universitetində bu möhtəşəm əsər, onun yazılması haqqında bənzərsiz hekayə, yaradıcısını sözün əsl mənasında necə xilas etməsi haqqında ilk mühazirəmi oxudum ki, bu da özlüyündə dünya musiqi tarixində müstəsna faktdır. Təbii ki, mən bu parlaq insanın - bəstəkar, musiqişünas, publisist, pedaqoq və ictimai xadimin heyrətamiz tərcümeyi-halını açmağa və onun həmin dövrdə hakimiyyətlə münasibətlərindəki dramatik dönüşləri izah etməyə çalışdım.

Mühazirədən sonra dinləyicilərin çoxu soruşurdu: “Bu operaya harada baxa bilərik, nə vaxtsa Berlində tamaşaya qoyulubmu?”... Cavab verməyə heç bir əsasım yox idi. Təsəvvür edin: Avropa səhnəsində bu qədər böyük əsər heç vaxt göstərilməmişdi!

Arzum Üzeyir bəyin indiki yubileyində “Staatsoper Berlin”də “Köroğlu”nu görmək idi. Səmimi-qəlbdən ümidvaram ki, biz bu arzunu heç olmasa onun 150 illik yubileyinə qədər reallaşdıra biləcəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri