“Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olmuşdur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
“Əhalinin sayına görə Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur. 50 milyondan çox Azərbaycan xalqının sayına görə isə ön sıralarda qərarlaşmışıq. Şanlı Zəfərimiz isə bu gün dünya Azərbaycanlılarını daha da qürurlandırır və birləşdirir. Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür və fikir mübadiləsi aparır. Diaspora əlaqələrinin daha da gücləndirilməsi prioritet istiqamətlər sırasındadır. Güclü Azərbaycan dövləti dünya Azərbaycanlıların həmrəyliyinin daha da möhkəmləndirilməsinə xüsusi diqqət ayırır. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə sizləri təbrik edir, yeni ildə sevincli günlər və bol uğurlar arzulayıram”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















