Qazaxıstanın dövlət müşaviri ölkə sərhədlərinin dəyişdirilməsindən danışdı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qazaxıstanın yeni konstitusiyasının layihəsi ölkənin sərhədlərində dəyişiklikləri nəzərdə tutmur".
Oxu.Az-ın Zakon.kz-yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın dövlət müşaviri Erlan Karin bildirib.
"Ölkəmizin ərazi bütövlüyü heç vaxt pozulmayacaq və dəyişməyəcək. Bəzi vətəndaşlar ölkənin inzibati-ərazi bütövlüyünün dəyişə biləcəyi barədə fikirlər bildirirlər ki, bu da əslində yalan məlumat və xalis manipulyasiyadır", - deyə o bildirib.
Müşavirin sözlərinə görə, konstitusiyanın preambulasında dövlətin ərazi bütövlüyünün və onun sərhədlərinin toxunulmazlığı təsbit olunub.
O, həmçinin vurğulayıb ki, konstitusiyanın ikinci maddəsinin altıncı abzasında Qazaxıstanın ərazi bütövlüyünün dəyişdirilə bilməyəcəyi vurğulanır. E.Karinin sözlərinə görə, bu, o deməkdir ki, bu məsələni hətta referendumda da müzakirə etmək mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Fevral 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















