Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paris, 11 oktyabr, AZƏRTAC
“Almaniya üçün Alternativ” (AfD) partiyasının gənclər təşkilatının rəhbərliyində təmsil olunan Helmut Ştraufun Elzas-Mozel ərazilərini Almaniyanın tərkibində göstərən xəritə paylaşması Fransada kəskin reaksiyalara səbəb olub.
AZƏRTAC xəbər verir ki, H.Ştrauf “X” sosial şəbəkəsində paylaşdığı xəritədə Fransanın Elzas və Mozel bölgələri ilə yanaşı, Avstriya, İsveçrə, İtaliya və Lüksemburqun bəzi ərazilərini de Almaniyanın tərkibində göstərib. O, paylaşımını “Almaniyanın yenidən birləşməsi bütün alman xalqının vahid dövlət daxilində birləşməsi deməkdir” fikri ilə müşayiət edib. “Böyük Almaniya” ideyasını əks etdirən bu paylaşım sonradan silinsə də, geniş rezonans doğurub.
Fransalı siyasətçilər məsələyə dərhal reaksiya veriblər. İfrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Teo Bernhardt Elzas-Mozelin bir daha heç vaxt Almaniyanın tərkibində olmayacağını və bu ərazilərin ilhaqının qəbuledilməz olduğunu bildirib.
Solçu “Əyilməz Fransa” (LFI) partiyasının deputatları Emmanuel Fernandes və Klemans Güette de sosial şəbəkələrdə çıxış edərək xəritəni pisləyiblər. K.Güette bu cür ideyaları Adolf Hitlerin siyasəti ilə əlaqələndirərək AfD-nin mövqelərinin güclənməsinin Avropada sülh üçün narahatlıq doğurduğunu vurğulayıb.
Xatırladaq ki, Fransa-Almaniya sərhədində yerləşən Elzas və Mozel əraziləri tarix boyu bir neçə dəfə dövlət mənsubiyyətini dəyişib və İkinci Dünya müharibəsindən sonra tam olaraq Fransanın suverenliyinə keçib. Baş verən son insident Şengen məkanına baxmayaraq, iki ölkə arasında tarixi həssaslığın və milli suverenlik məsələsinin hələ də aktual qaldığını göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 11 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















