Icma.az
close
up
RU
Almaniyada kirayə qiymətləri sürətlə artır

Almaniyada kirayə qiymətləri sürətlə artır

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 5 avqust, AZƏRTAC

Almaniyanın böyük şəhərlərində kirayə qiymətləri sürətlə artmaqdadır.

AZƏRTAC xəbər verir ki, “Empirica” tədqiqat institutunun araşdırmasına əsasən, qiymətlər 2022-ci ilin əvvəli ilə müqayisədə orta hesabla 18,3 faiz artıb.

“Spiegel” nəşrinin araşdırmasına əsasən, ən çox bahalaşma Berlində müşahidə olunur. Üç il əvvəl Almaniyanın ən bahalı şəhərləri siyahısında 53-cü olan Berlin hazırda onuncu yerdədir. Almaniya paytaxtında bir kvadratmetr üçün orta kirayə haqqı 14,9 avro təşkil edir. Berlində artım üç ildə 42 faizdən çox olub. Artım paytaxtdan sonra Kayserslautern (41,7 faiz), Kottbus (41,3 faiz) və Brandenburq an der Havel (33,2 faiz) şəhərlərində baş verib.

İlk onluqda yer alan ən bahalı bölgələr əsasən Bavariyadadır. Həmin şəhərlərə Starnberq, Fürstenfeldbruk, Daxau, Ebersberq və Miesbax daxildir. Frankfurt am Mayn və Ştuttqart kimi böyük şəhərlər də bu siyahıdadır. Kirayə qiymətlərinin ən çox artdığı on bölgə arasında Rostok, Noyştadt an der WValdnaab, Havelland, Oberhavel və Vesermarş da yer alır. Bu bölgələrin bəzilərində kirayə qiymətlərinin artımı əməkhaqqı artımını da üstələyir.

Kirayə qiymətlərinin sürətlə artmasının əsas səbəbləri arasında Avropa Mərkəzi Bankının (EZB) inflyasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində faiz dərəcələrini 2022-ci ildən bəri bir neçə dəfə əsas artırmasıdır. Nəticədə tikinti kreditləri də bahalaşıb ki, bu da bir çox yeni tikinti layihələrinin təxirə salınmasına gətirib çıxarıb. Nəticədə tələb-təklif balansının pozulması kirayə bazarında gərginliyə səbəb olub. Bundan əlavə, Ukraynadan Almaniyaya gələn bir milyondan çox qaçqın da mənzil bazarındakı tələbi əhəmiyyətli dərəcədə artırıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri