Icma.az
close
up
RU
Almaniyada mənzil tikintisinin sürətləndirilməsi planı açıqlanıb

Almaniyada mənzil tikintisinin sürətləndirilməsi planı açıqlanıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 23 may, AZƏRTAC

Almaniyada mənzil tikintisi sahəsindəki durğunluğun aradan qaldırılması məqsədilə yeni təşəbbüslər gündəmə gətirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin yeni tikinti, şəhərsalma və yaşayış naziri Verena Huberts ARD telekanalında proqramların birində bu sahədə ciddi islahatların planlaşdırıldığını açıqlayıb. Bu məsələni ən aktual sosial problem olduğunu vurğulayan nazir bildirib ki, qarşıdakı 100 gün ərzində yeni proqram vasitəsilə tikinti icazələrinin alınması və proseslərin sürətləndirilməsi üçün konkret addımlar atılacaq. V.Huberts Almaniyada bəzən tikinti planının təsdiqinin inşaat prosesindən daha çox vaxt apardığını qeyd edərək, bu problemin həlli üçün tikinti qanununa əlavə olunacaq xüsusi maddə ilə bələdiyyələrə daha geniş səlahiyyətlər veriləcəyini deyib.

Qeyd edək ki, bu məsələ Bundestaq seçkiləri zamanı əsas mövzulardan biri olmuşdu. Rəsmi statistikaya əsasən, ötən il Almaniyada 251,9 min yeni mənzil tikilib. Bu, əvvəlki illə müqayisədə 14,4 faiz azdır. Azalma xüsusilə fərdi evlər və sosial mənzillər sahəsində müşahidə olunub. Ölkədə 11,5 milyon ailə gəlirlərinə görə sosial mənzil hüququna malikdir, lakin bu mənzillərə çıxış “lotereyada qalib gəlməyə” bənzəyir.

Mənzil çatışmazlığı kirayə qiymətlərinin kəskin artmasının əsas səbəblərindən biridir. Bu problemə qarşı ölkə miqyasında etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Almaniya Həmkarlar İttifaqları Konfederasiyası (DGB) kampaniyada iştirak üçün 180 təşkilata çağırış edib.

Hazırkı hökumət mənzil tikintisinə dair konkret illik hədəf açıqlamasa da, sahənin canlandırılması üçün həm texniki, həm də hüquqi baxımdan islahatların davam etdiriləcəyi nəzərdə tutulur. Yeni təşəbbüslərin icrası ilə bu sahədə müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri