Almaniyada növbədənkənar seçkilər 23 fevral 2025ci ildə keçiriləcək
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Almaniya prezidenti Frank Valter Ştaynmayer Bundestaqı buraxdı və növbədənkənar seçkilərin 23 fevral 2025-ci ildə keçiriləcəyini elan etdi.
Prezident Ştaynmayer Bellevue sarayında verdiyi açıqlamada, "Bu gün 20-ci Almaniya Bundestaqını buraxmaq və 23 fevral 2025-ci ildə yeni seçkilər keçirmək qərarına gəldim", - deyə qeyd edib.
Ştaynmayer bildirib ki, məsələ ilə bağlı qərarı Bundestaqın prezidentinə çatdırılıb.
Almaniyada siyasi sabitliyin vacibliyinə işarə edən Ştaynmayer, "Bu, bizə fayda verdi və bizi qorudu. Qanunvericilik müddəti bitmədən Bundestaqın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ölkəmizdə müstəsna hallardır. Bu, Konstitusiyamızda yer alıb ",- deyə vurğulayıb.
Bundestaqda parlament qruplarının rəhbərləri ilə görüşlər keçirdiyinə diqqət çəkən Ştaynmayer, "Etimad səsverməsinə görə, indiki hökumət artıq səs çoxluğuna sahib deyil. Bununla belə, parlamentdə fərqli hökumət üçün çoxluq təsbit edə bilmədim. Ona görə də mən hesab edirəm ki, yeni seçkilər ölkəmizin rifahı üçün doğru yoldur”.
Ştaynmayer vurğulayıb ki, parlament və hökumət yeni hökumət və parlament formalaşana qədər öz vəzifələrini davam etdirəcəklər. O, seçki kampaniyasının ədalətli və şəffaf aparılacağını gözlədiyini bildirib.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















