Icma.az
close
up
RU
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb

Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, 25 aprel, AZƏRTAC

Almaniyada polis əməkdaşları tərəfindən xidmət zamanı açılan ölümcül atəş nəticəsində ölənlərin sayı ötən il rekord həddə çatıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, il ərzində ölkədə 22 nəfər polis əməkdaşarının açdıqları atəş nəticəsində həyatını itirib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 10 olub. 1991-ci ildən aparılan statistika üzrə ən çox ölüm 2024-cü ildə, ən az ölüm halları isə 2003-cü ildə (3 ölüm) baş verib.

Bu il üçün də ölüm halları xeyli yüksəkdir. İlin əvvəlindən 11 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib. Son hadisələrdən biri Oldenburq şəhərində baş verib. 21 yaşlı gənc polis tərəfindən öldürülüb. Hadisədən öncə həmin şəxsin insanlara qaz spreyi sıxdığı və onları bıçaqla təhdid etdiyi bildirilir. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, o, dörd güllə yarası alıb.

Rəsmi məlumatlara görə, polis əməkdaşlarının atəş açması halları əsasən psixoloji problemləri olan və ya narkotik maddələrin təsiri altında olan şəxslərlə qarşıdurmalar zamanı baş verir.

Ötən il polisə qarşı zorakı hücumların da sayı artaraq, 111 min 496-ya çatıb. Bu göstərici 2014-cü illə müqayisədə 79 faiz çoxdur.

Ekspertlər ölüm hallarının qarşısının alınması üçün məhdudlaşdırıcı qeyri-ölümcül müdaxilə vasitələrinin, o cümlədən elektroşok cihazlarının daha geniş istifadəsini təklif edirlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri