Almaniyada Rusiyaya gizli yollarla mal tədarük etməkdə şübhəli bilinən şəbəkəyə qarşı əməliyyatlar aparılır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Berlin, 2 fevral, AZƏRTAC
Almaniyanın Federal Baş Prokurorluğu Rusiyanın hərbi-sənaye kompleksini Avropa İttifaqının (Aİ) tətbiq etdiyi embarqo altındakı mallarla gizli yollarla təmin etməkdə şübhəli bilinən şirkətlər şəbəkəsinə qarşı əməliyyatlara başlayıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, istintaq Rusiyanın Ukrayna ilə müharibəsinin başlamasından az sonra - 2022-ci ilin martında Lübek şəhərində alman-rus iş adamı tərəfindən təsis edilmiş şirkətlə bağlı aparılır. İstintaqa əsasən, şəriklərin və saxta şirkətlərin köməyi ilə gizli tədarük şəbəkəsi vasitəsilə Rusiyaya ümumi dəyəri azı 30 milyon avro olan 16 mindən çox göndəriş həyata keçirilib. Bu göndərişlər arasında Aİ-nin embarqo siyahısında yer alan bir sıra mallar da olub.
Prokurorluq təqsirləndirilən şəxsləri cinayətkar birlik yaratmaqda ittiham edir. Əsas şübhəli qismində saxlanılan şəxsin 70-dən çox pozuntuya yol verdiyi bildirilir. İstintaq çərçivəsində digər saxlanılanlar da var. Əməliyyat tədbirləri zamanı Lübek, Frankfurt-Mayn, Nürnberq və bir sıra digər şəhərlərdə çoxlu sayda ofis və yaşayış məkanlarında axtarışlar aparılıb, ümumilikdə 30 milyon avro dəyərində mal müsadirə edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















