Onkoloji xəstəliklərin sayı, xüsusən də uşaqlar arasında çoxalıb Deputat
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mövcud qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər çox aktualdır. Mən bu qanun layihəsini dəstəkləyirəm və səs verəcəyəm. Və bəzi fikirlərimi çatdırmaq istərdim. Əfsuslar olsun ki, onkoloji xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21088 nəfər olub".
Ölkə.az xəbər verir ki, bunu deputat Hicran Hüseynova Milli Məclisdə "Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, 2024-cü ildə 73 875 beş nəfər olub. 24 il ərzində təxminən 3,5 dəfə artıb. "Əən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10, 6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir",-o qeyd edib.
O əlavə edib ki, əlbəttə bir Mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. "Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır. Həm də bu sahədə tibbi resursların artmasına səbəb olacaq.
Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin, həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir",- o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 02 Fevral 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















