Tramp Qrenlandiya ilə bağlı razılaşma elan etdi və rüsumların tətbiqini ləğv etdi
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Danimarkanın muxtar ərazisi olan ada və bütün Arktika regionu ilə bağlı gələcək razılaşmanın əsasını təşkil edəcək Qrenlandiya ətrafındakı mübahisədə çərçivə sazişinə nail olunub.
Oxuməni.az-ın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə günü Truth Social sosial şəbəkəsində bildirib. O, NATO-nun baş katibi Mark Rütte ilə "çox məhsuldar görüşü" zamanı kompromisə nail olunduğunu qeyd edib. "Bu qərar, əgər həyata keçirilərsə, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün böyük bir üstünlük olacaq. Buna əsasən, fevralın 1-də qüvvəyə minməli olan tarifləri tətbiq etməyəcəyəm", - Ağ Ev rəhbəri yazıb.
"Bu, uzunmüddətli bir razılaşmadır. Bu, mümkün olan ən uzunmüddətli razılaşmadır. Bu, sonsuz olacaq. Vaxt məhdudiyyəti yoxdur. Bu, əbədidir", - Tramp daha sonra jurnalistlərə bildirib.
Daha əvvəl o, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-a göndərilən bütün mallara 10% rüsum tətbiq edəcəyini elan etmişdi. İyunun 1-dən etibarən isə Qrenlandiya ilə bağlı razılaşma əldə olunana qədər rüsumların 25%-ə qədər artırılması planlaşdırılırdı.
Donald Tramp əlavə edib ki, hazırda Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı ABŞ-ın "Qızıl Günbəz" hava hücumundan müdafiə sistemi ilə bağlı əlavə müzakirələr də aparılır.
Mark Rütte həmin gün Qrenlandiya ilə bağlı razılaşmanın çərçivə şərtlərinin razılaşdırılması barədə ABŞ prezidentinin sözlərini təsdiqləyib. "Trampın açıqlaması tamamilə doğrudur", - Rütte Davosda keçirilən Dünya İqtisadi Forumu (WİF) çərçivəsində Almaniyanın ictimai-hüquqi ARD media şirkətinin sualına cavab verərkən bildirib. O, əlavə təfərrüat verməyib və müzakirələrin davam etdiyini qeyd edib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















