Almaniyada yetişən azərbaycanlı istedad milliyə dəvət oluna bilər
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bəxtiyar Musayevin rəhbərlik etdiyi AFFA-nın Skautlar şöbəsi milli komandalar üçün ölkə xaricindən futbolçu axtarışlarını intensivləşdirib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar artıq müsbət təsirini göstərmək üzrədir.
Milli assosiasiya nümayəndələri xüsusən də Almaniyada bir neçə gənc futbolçunu kəşf edib. Onlardan biri də “Herta”nın U-19 komandasının yarımmüdafiəçisi Raul Süleymanovdur.
Əslən Şəkidən olan 16 yaşlı pleymeyker 12 yaşında Almaniya klubunun akademiyasına cəlb olunub. O, hazırda Berlin təmsilçisinin gənclərdən ibarət komandasının formasını geyinir.
Raulun Almaniyadakı inkişafı azərbaycanlı skautların da diqqətini cəlb edib. Bu səbəbdən onun aşağı yaş qruplarından ibarət millilərimizin birinə dəvəti nəzərdə tutulub. Süleymanov özü də doğma vətəninin yığmasında oynamaq istədiyindən, AFFA bu məsələdə ciddi çətinliklə üzləşməyəcək.
Baxış sayı:136
Bu xəbər 12 Mart 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















