Bağça müəllimləri üçün sınaq imtahanı keçiriləcək
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər üçün sertifikatlaşdırmaya hazırlıq məqsədilə sınaq imtahanı keçiriləcək.
Modern.az xəbər verir ki, imtahan saat 15:00-dan etibarən “Microsoft Teams” platformasında başlayacaq. İştirakçılar həmin vaxtdan sonrakı 24 saat ərzində imtahana qoşula biləcəklər.
İmtahanda 60 sual təqdim olunacaq və cavablandırma üçün 120 dəqiqə veriləcək. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikasını, eləcə də uşaq və yaş psixologiyasını əhatə edəcək.
Səhv cavablar yekun nəticəyə təsir etməyəcək. Hər bir namizəd sınaqda yalnız bir dəfə iştirak edə biləcək.
İmtahan mövzuları barədə ətraflı məlumat sertifikatlaşdırma üzrə qiymətləndirmə çərçivəsində yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















