Almaniyadan müharibəyə hazırlıq siqnalı: fövqəladə plan açıqlandı
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya hakimiyyəti ölkədə mümkün müharibə ssenarisinə qarşı hazırlıqlar çərçivəsində bombalardan qorunmaq üçün bir milyon nəfərlik sığınacaq yerləri yaratmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Əhali Müdafiəsi və Fəlakətlərə Yardım İdarəsinin (BBK) rəhbəri Ralf Tisler “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində məlumat verib.
Tislerin sözlərinə görə, Almaniyada uzun illər boyu müharibənin real təhlükə kimi qəbul edilmədiyi düşünülürdü, lakin indi vəziyyət dəyişib:
“Hazırda Avropada genişmiqyaslı təcavüzkar bir müharibə riskindən narahatıq. Artıq belə bir ssenariyə hazırlaşmaq zəruridir”, – o bildirib.
Hazırda Almaniyada ictimai sığınacaqlarda cəmi 480 min nəfərlik yer mövcuddur ki, bu da ölkə əhalisinin cəmi yarım faizindən bir qədər çoxunu əhatə edir. Tislerin sözlərinə görə, yeni nəsil sığınacaqların inşası baha başa gəlir və vaxt tələb edir, bu səbəbdən daha sürətli alternativlər axtarılır.
“Tunelləri, metro stansiyalarını, yeraltı dayanacaqları və ictimai binaların zirzəmilərini tez bir zamanda sığınacaqlara çevirməyi planlaşdırırıq. Bu yolla tezliklə bir milyon nəfərlik qorunma məkanı yarada bilərik”, – o əlavə edib.
Tislerin sözlərinə görə, bu sığınacaqlarda gecələmək üçün şərait – qida, tualet və çarpayılar da nəzərdə tutulacaq. Layihənin konsepsiyası yayda təqdim ediləcək, lakin onun həyata keçirilməsi üçün hökumətin maliyyə dəstəyi tələb olunur.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 İyun 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















