Icma.az
close
up
RU
Almaniyanın AfD partiyasının liderindən Rusiya ilə bağlı qalmaqallı açıqlama

Almaniyanın AfD partiyasının liderindən Rusiya ilə bağlı qalmaqallı açıqlama

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyapərəst "Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Tino Xrupalla bildirib ki, Putin onun ölkəsi üçün heç bir təhlükə yaratmır, əksinə, təhlükə Polşadan gəlir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

"Putin mənə heç nə etməyib, – deyə Xrupalla Almaniya ictimai televiziyasının efirində bildirib. - Hazırda mən Rusiya tərəfindən Almaniya üçün heç bir təhlükə görmürəm”.

Eyni zamanda Xrupalla Almaniya üçün təhlükənin Polşadan gəldiyini bəyan edib.

"Gəlin, məsələn, Polşanı götürək”, – deyə o, 2022-ci ildə "Şimal axını” qaz kəmərinə qarşı diversiyada ittiham olunan ukraynalı vətəndaşın Almaniya hakimiyyətinə təhvil verilməsindən imtina edən Polşaya istinad edib.

"Polşa da bizim üçün təhlükə yarada bilər”, – deyə o əlavə edib.

"Politico” qeyd edir ki, aparıcı alman siyasətçiləri getdikcə daha çox AfD-ni Almaniya daxilində Rusiyanın maraqlarını təmsil edən bir partiya kimi təqdim edirlər və bəziləri hətta Kremlin partiyanın rəsmi məlumatlara çıxış imkanlarından casusluq məqsədilə istifadə etdiyini iddia edirlər.

Lakin Xrupalla bu ittihamları qəti şəkildə rədd edib.

"Onlar bizi heç vaxt sübut edə bilməyəcəkləri şeydə ittiham edirlər və mən bunu xəyanət hesab edirəm”, – deyə o, teledebatda bildirib.

Xrupallanın bu şərhləri, "Almaniya üçün Alternativ” partiyası daxilindəki daxili parçalanma fonunda səslənib – bəzi siyasətçilər Soçidə keçiriləcək BRİKS ölkələrinin beynəlxalq konfransında iştirak etmək üçün Rusiyaya səfər planlaşdırırdılar.

Partiyanın digər həmsədri, Elis Vaydell "Almaniya üçün Alternativ”in imicini yaxşılaşdırmağa, ən açıq şəkildə rusiyapərəst olan siyasətçilərin fəaliyyətini məhdudlaşdırmağa və ABŞ-da Donald Tramp administrasiyası ilə daha sıx əlaqələr qurmağa çalışır.

O, siyasətçilərin konfransa getməsinə mane olmağa cəhd edib. Bu da partiya daxilində Rusiyaya dəstəyin hansı həddə qədər uzanmalı olduğu məsələsində böyüyən parçalanmanın göstəricisidir.

"Biz bu ruhda davam edə bilmərik”, – deyə o, çərşənbə axşamı Bundestaqda jurnalistlərə bildirib.

"Biz bunu nə edə bilərik, nə də etmək istəyirik”.

Bundan əvvəl "AfD” partiyası parlament səlahiyyətlərindən məqsədli şəkildə sui-istifadə edərək Kremlin ixtiyarına ölkənin hərbi imkanları barədə məxfi məlumatlar ötürməkdə ittiham olunmuşdu.

Qeyd olunur ki, AfD üzvləri Almaniya hökumətinə hərbi daşımalar, dronlara qarşı müdafiə, kibertəhlükəsizlik və kritik infrastrukturun zəif nöqtələri barədə çoxsaylı parlament sorğuları göndəriblər.

Mediaya görə, bu məlumatlar Rusiyaya ötürülə bilərdi.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri