Mask Almaniyanın milliyətçi AFD partıyası rəhbəri ilə tokşou keçirə bilər
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri və Almaniya kanslerliyinə namizəd Elis Vaydelin komandası amerikalı sahibkar İlon Maskla tok-şou keçirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” qəzetinə siyasətçinin nümayəndəsi Daniel Tapp mlumat yayıb.
“Vaydelin komandası Musk komandası ilə daimi əlaqə saxlayır. İlon Mask AfD partiyasının proqramı ilə bir neçə ay əvvəl maraqlanmağa başlayıb”, - partiyanın həmsədrinin nümayəndəsi bildirib.
Tapp əlavə edib ki, hazırda Vaydel və Mask arasında şəxsi telefon danışığı və ya görüş olmayıb. Ancaq o, bunun tezliklə dəyişə biləcəyini söyləyib. Xüsusilə, kansler namizədinin komandası "X" sosial şəbəkəsində onlayn yayımlanacaq bir növ tok-şou keçirmək imkanını müzakirə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 31 Dekabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















