Icma.az
close
up
RU
Almaniyanın daxili kəşfiyyat xidməti AfD ni “radikal sağçı” təşkilat kimi tanıyıb

Almaniyanın daxili kəşfiyyat xidməti AfD ni “radikal sağçı” təşkilat kimi tanıyıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 2 may, AZƏRTAC

Almaniyanın daxili kəşfiyyat xidməti - Konstitusiyanı Mühafizə İdarəsinin (BfV) ölkənin əsas müxalifət partiyalarından olan Almaniya üçün Alternativ (AfD) partiyasını rəsmən “radikal sağçı” təşkilat kimi tanıması ölkənin siyasi gündəmində böyük rezonans doğurub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, BfV-nin 1100 səhifəlik məruzəsində partiyanın azlıqlara, xüsusilə müsəlmanlara və miqrantlara qarşı istifadə etdiyi təhqiramiz, ayrı-seçkilik xarakterli ifadələr hüquqi dövlətin və demokratik prinsiplərin pozulması kimi qiymətləndirilib, AfD-nin miqrantlara qarşı sistemli şəkildə nifrət ritorikasından istifadə etdiyi vurğulanıb.

BfV-nin açıqlamasında bildirilir ki, bu qərar AfD-nin insan ləyaqətini tanımayan və Almaniya Konstitusiyası ilə uyğun gəlməyən siyasi mövqeyinə əsaslanır. Qurumun hesabatında partiyanın ümumi siyasi kursu, partiya nümayəndələrinin açıqlamaları və ifrat sağçı qruplarla əlaqələri təhlil olunub. AfD-nin sistemli şəkildə ayrı-seçkiliyi təşviq etdiyi və konstitusiya quruluşuna qarşı fəaliyyət göstərdiyi qənaətinə gəlinib. BfV partiyanın əsas ideoloji xəttində “etnik mənşəyə əsaslanan xalq anlayışı”nın olduğunu və bunun konstitusiya ilə ziddiyyət təşkil etdiyini bildirib. AfD-nin xüsusilə müsəlman mənşəli almanları “əsl alman xalqı” anlayışına daxil etməməsi, bərabər vətəndaşlıq prinsipini rədd edən ideologiya ortaya qoyduğu müəyyən edilib.

Bu qərar AfD-nin qadağan edilməsi üçün hüquqi əsas yaratsa da, partiyanın avtomatik olaraq ləğvi nəzərdə tutulmur. Belə bir addım üçün Almaniya federal hökuməti və ya parlamentin müvafiq orqanları Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər.

AfD-nin rəhbərliyi qərarı “demokratiyaya qarşı hücum” adlandıraraq hüquqi mübarizəyə davam edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, AfD uzun müddətdir BfV-nin müşahidəsi altındadır. 2022-ci ildə Köln İnzibati Məhkəməsi, 2024-cü ildə isə Şimali Reyn-Vestfaliya əyalətinin Yüksək İnzibati Məhkəməsi partiyanın “şübhəli hal” kimi izlənilməsini hüquqi cəhətdən təsdiqləmişdi. BfV 2024-cü ildən sonra aparılan təhlillərlə birlikdə AfD-ni artıq “dəqiq şəkildə sağ radikal qurum” kimi tanımaq üçün hüquqi əsasların formalaşdığını bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri