Icma.az
close
up
RU
Almaniyanın baş kəşfiyyatçısından ciddi xəbərdarlıq Rusiya NATO ya hücuma hazırlaşır...

Almaniyanın baş kəşfiyyatçısından ciddi xəbərdarlıq Rusiya NATO ya hücuma hazırlaşır...

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya Federal Kəşfiyyat Xidməti (BND) rəhbəri Bruno Kahl Rusiyanın NATO ərazilərinə mümkün hərbi hücum planları barədə ciddi xəbərdarlıq edib. Kahl bildirib ki, Ukraynadakı müharibə Moskvanın Qərbə doğru genişlənmək istəyinin yalnız bir mərhələsidir və Rusiyanın hədəfi daha böyükdır.

Bruno Kahl vəzifəsini yaxın vaxtlarda tərk etməyə hazırlaşır, lakin verdiyi son açıqlamalar Almaniya daxilində və NATO ölkələri arasında böyük rezonans yaradıb. Onun fikrincə, Moskva artıq NATO-nun ən əsas müdafiə prinsipi olan 5-ci maddənin – yəni kollektiv müdafiənin işləmədiyini düşünür və bu prinsipi sınaqdan keçirməyə cəhd edir. NATO-nun 5-ci maddəsi alyans ölkələrindən birinə hücum halında digərlərinin müdafiə üçün birləşməsini təmin edir və ittifaqın əsas dayağıdır.

Kahl həmçinin vurğulayıb ki, Rusiya NATO-nu zəiflətmək və ABŞ-nin Avropadakı təsirini azaltmaqla alyansı 1990-cı illərin sonundakı daha zəif vəziyyətinə qaytarmaq istəyir. O dövrdə NATO-nun üzvlərinin sayı 16 idi, lakin 1999-cu ildən sonra Polşa, Çexiya, Macarıstan və Baltikyanı ölkələr daxil olmaqla, alyans şərqə doğru genişlənib.

BND rəhbəri qeyd edib ki, Moskva bunun üçün mütləq böyük hərbi əməliyyatlara əl atmamalıdır. Məsələn, Estoniyada və ya digər Baltik ölkələrində "yaşıl adamlar" kimi tanınan, rəsmi geyimdə olmayan hərbi birləşmələrin göndərilməsi ilə rus azlıqlarının müdafiəsi adı altında qarışıqlıq yaratmaqla NATO-nun reaksiyası test edilə bilər. Bu ssenari 2014-cü ildə Krımın işğalı zamanı uğurla istifadə edilmişdi.

Kahl xəbərdarlıq edib ki, əgər NATO bu testə gec və ya zəif reaksiya verərsə, Rusiyanın növbəti addımları daha cəsarətli və genişmiqyaslı ola bilər.

Almaniyanın baş kəşfiyyatçısının fikrincə, Rusiyaya qarşı effektiv çəkindirmə siyasəti müharibənin qarşısını almağın ən az qurbanlı yoludur. O əlavə edib ki, hazırkı mərhələdə Qərb və Rusiya arasında danışıqlar perspektivsizdir. Xüsusilə Putinin düşüncə tərzində və aqressiv siyasətində heç bir dəyişiklik müşahidə olunmur.

Bruno Kahlın sözlərinə görə, İstanbulda keçirilən danışıqlarda Moskva tərəfinin tələbləri Ukraynanın qeyd-şərtsiz təslim olması məqsədini güdür və bu, Qərbin rədd etdiyi tələblərdir.

Ekspertlərə görə, Almaniya Federal Kəşfiyyat Xidməti rəhbərinin xəbərdarlığı NATO və Avropa üçün ciddi təhlükə siqnalıdır. Bu xəbərdarlıq NATO üzvləri və alyans rəhbərliyi arasında təhlükəsizlik strategiyalarının yenidən nəzərdən keçirilməsini labüd edir. Xüsusilə Baltikyanı ölkələr və Şərqi Avropa ölkələri üçün Rusiya təhdidinin həcmi və təbiəti yenidən qiymətləndirilməlidir.

Rusiya-NATO münasibətlərində gərginlik artmaqda davam edir və bu, yalnız hərbi deyil, həm də siyasi və iqtisadi sahələrdə ciddi təsirlər doğurur. Avropa və ABŞ-nin Rusiyaya qarşı mövqeyi və müdafiə səylərinin gücləndirilməsi indiki məqamda daha aktualdır.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri